Martın 12-də Lənkəran Dövlət Dram Teatrının mərhum rejissoru, Əməkdar artist Adil Zeynalovun xatirə gecəsi keçirilib. Tədbirdən öncə sənətkarın doğulub boya-başa çatdığı evin qarşısında ucaldılmış xatirə lövhəsinin açılışı olub.
Açılış mərasimində Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, “YUĞ” teatrının direktoru İslam Həsənov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Əməkdar artist Sucəddin Mirzəyev, yazıçı-publisist Hafiz Mirzə, aktyorlar Natiq Fərzəliyev və Əjdər Zeynalov çıxış edərək aktyor-rejissor haqqında ürək sözlərini dilə gətiriblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxışında Əməkdar artist Adil Zeynalovun xatirəsinin Lənkəranda əziz tutulduğunu, vəfatından iki il ötməsinə baxmayaraq özündən sonra pərəstişkarlarının ürəyində dərin iz buraxdığını qeyd edib.

A.Zeynalovun yaxın qohumu Naib Hüseynov mərhum sənətçinin xatirəsini əziz tutduqları üçün mərasim iştirtakçılarına ailəsi adından minnətdarlığını çatdırıb.
Tədbir Lənkəran Dövlət Dram Teatrında davam etdirilib. Xatirə gecəsinin aparıcısı, aktrisa Aynur Əhmədova məlumat verərək bildirib ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu Musiqili komediya aktyorluğu ixtisası üzrə bitirib. 1977-ci ildən Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan A.Zeynalov 1983-cü ildə aktyor truppasına qəbul olunaraq çox sayda rollar ifa edib. 2002-ci ilin aprel ayından ömrünün sonuna kimi teatrda quruluşçu rejissor vəzifəsində çalışıb, onlarla tamaşaya uğurlu quruluş verib.
A.Zeynalov teatrla yanaşı, kino sahəsində də fəaliyyət göstərib, bir sıra bədii filmlərdə və seriallarda yaddaqalan rollar ifa edib. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə Adil Zeynalov 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 12 mart 2020-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatirə gecəsində Adil Zeynalovun həmkarları, yaxın dostları çıxış edərək, sənətkar barədə xatirələrini söyləyib, keçdiyi mənalı həyat yolundan, yaradıcılığından danışıblar.
Mərasimdə həmçinin, A.Zeynalovun həyat və yaradıcılığını əks etdirən fotosərgi, oynadığı və quruluş verdiyi tamaşalardan və çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.
Ağaddin BABAYEV
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...