Şəki Dövlət Dram Teatrının baş rejissoru, görkəmli sənətkar, əvəzsiz insan, müəllimimiz, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin 60 illik yubileyinə həsr edirəm. Doğum gününüz mübarək, əziz və hörmətli Mirbala müəllim!
Sənət bir ocaqsa, sənət bir odsa,
“Odla qol-boyun” da oldu sənətkar.
Şəkinin – “tarixin naxışları”na
Təzədən bir işıq saldı sənətkar...
“Şirəbənzər” ilə yola başlayıb,
“Molla Nəsrəddin”ə salam da verdi.
“Oyuncaq ev”dəki “Ruhlar”ı bir-bir
Bir gün “Ay tutulan gecə”də gördü...
Ruhu oldu İslam, Rəhim, Əmirin,
Yaratdı Ryuxin və Məhəmmədi.
“Xəstəlik xəstəsi” Arqan – Molyerin
Diliylə “Yaşasın Teatr!” – dedi.
Yaratdı Naçalnik, Azad, Şəkəri...
“Davul səsi”ndəki aha bir baxın...
“Vüsala yetirdi sevgililəri”,
O böyük insanda ruha bir baxın...
“Bala – başa bəla” oldu, nə oldu,
Biz “Yağışdan çıxdıq, yağmura düşdük”.
“Hacı Qara” “Xəsis”likdən doğuldu,
“Pəri Cadu” məkri ilə görüşdük...
“Sindbadın xoşbəxtlik adasında”
“Dəmir qadın” taxt-səltənət qurubdur.
“Mahir aradüzəldən” libasında
“Toros canavarı” – ad uydurubdur.
“Oliviya – xoşbəxtlik misteriyası”...
Sənət sirli aləm, ona tay olmaz.
Ruh hazır olmasa, qəlb istəməsə,
“Qırmızı bağ”lara qapı açılmaz...
“Bayramın birinci günü” çatacaq,
“Aldadılmış ər”lər düşəcək dilə.
Yeni uğurlara imza atacaq,
“Dəyirman dönəcək... dönəcək” hələ...
... Arzular sonsuzdur ürəyimizdə,
Milyon duamız var, muradımız var.
“Xoşbəxt hadisə”dir taleyimizdə –
Səlimli imzalı ustadımız var!..
Nə yaxşı, həyata gəldiz, doğulduz,
Bu dünya durduqca, siz yaşayasız.
Bizə bu dəryada kapitan olduz,
Daim var olasız, yüz yaşayasız!..
31 Mart 2023
Şəki
Elvin Nuri...
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...