Azərbaycan teatr mədəniyyətindən sabah daha bir ad məzar daşına yazılacaq: ŞAİQ SƏFƏROV və bizim hamımız üçün onun taleyi artıq bir tarix olacaq; bundan sonra onun adı çəkiləndə deyəcəyik “Allah sənə də rəhmət eləsin Şaiq, atan Cabir Səfərov kimi!”
Şaiq üçün ağlamayın: çox optimist birisi idi, içi yumorla, ironiya ilə dolu birisi idi, yüksək zövq, bilgi sahibi idi, çoxlu dostları olan bir insan idi: dostlarının bir qismi Bakıda idi, o biri qismi, bəlkə də daha böyük bir qismi yayılmışdı Qərbə, Şərqə, Amerikaya. Məhz o, dünya teatr ictimaiyyətini festivallarda, konfranslarda yığıb, toplayıb gətirə bilirdi Bakıya. Şaiq əgər hansısa bir xarici ölkədə festivala, tədbirə qatılırdısa, ilk növbədə Azərbaycan teatrını düşünüb nə tövrləsə gördüklərindən yararlanmağa, modern teatr dəbini, yeni teatr ideyalarını yerli teatr mühitinə sızdırmağa çalışırdı.
Şaiq saysız-hesabsız lahiyələrlə çıxış etməyi, yeniləşməyi və yeniləşməkdə başqalarına kömək etməyi sevən bir insan idi. Hətta vaxtilə Azərbaycanın bölgə teatrları üçün lahiyələr də işləyib hazırlayırdı, sonra yollanırdı bölgələrdə onları gerçəkləşdirməyə.
Hərdənsə Azərbaycan teatrnın vəziyyətindən küskünləşib, yerli teatr mühitindən inciyib deyirdi ki, “mən teatrı sevmirəm. Mən teatrı niyə sevməliyəm ki?”
Amma bunu hirsindən, acığından deyirdi. Heç elə şey olardımı ki, o, teatrı sevməsin? Teatrşünas ailəsində böyümüş Şaiq rejissorluq ixtisasını seçmişdi: amma bir linqvist kimi dilimizlə də aktivcəsinə məşğul olurdu, lüğətlər tərtibləyirdi, məqalələr yazırdı, tərcümələr eləyirdi, Bekketi, Milleri çevirirdi azərbaycancaya.
O yaşamırdı, sadəcə, günlərini yandırırdı ki, işıq, enerji ötürsün Azərbaycan teatrına.
Əlvida Şaiq, bu dünyadan səni yola salırıq və bilirik ki, o dünyada səni Elçin Məmmədovun, Hüseynağa Atakişiyevin ruhları qarşılayacaq! Yəni orada tək qalmayacaqsan!!!
Aydın Talıbzadə
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...