Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun iki yeni kitabı işıq üzü görüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Sevgimizdən usanmayaq” adlı kitabın “ Səslərin hikməti” bölməsində Azərbaycanın musiqi mədəniyyətində dərin, silinməz izlər salmış Niyazi, Q. Qarayev, F. Əmirov, A. Məlikov, Bülbül və digər korifeylərin əbədiyaşar irsini yeni dövrün düşüncə kontekstində dəyərləndirən müəllif “Unudulmayanlar” başlığı altında toplanmış esselərdə kino sənətimizin inkişafına dəyərli töhfələr vermiş Ş. Məmmədova, L. Bədirbəyli, S. İbrahimova, H. Məmmədov, H. Turabov, R. Balayev, Ə. Ağayev və digər qüdrətli aktyorlarımızın yaradıcılığına yenidən nəzər salıb, diqqəti onların sənət yollarının naməlum məqamlarına, yaradıcılıq uğurlarını şərtləndirən mühüm cəhətlərə yönəldib.
“Vaqif Mustafayev: baxın...gülün...və düşünün” adlı kitab ümummilli lider Heydər Əliyev haqqında möhtəşəm sənədli kinoepopeyanın müəllifi, Azərbaycanın kino sənətini dünyada uğurla təmsil edən, ekran sənətimizə yeni üslub, düşüncə tərzi gətirən kinorejissor Vaqif Mustafayevin yaradıcılığına həsr olunub. Kitabda onun müxtəlif janrlarda çəkdiyi filmlərinin təhlili ilə yanaşı, sənət, həyat, mədəniyyət və s. mövzular ətrafında rejissorla müəllifin geniş söhbəti də yer alıb.
Hər iki kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...