Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevin başqa işə keçirilməsi və teatrdan ayrılması xəbərini hər kəs çox müəmmalı qarşıladı. Nə baş verir? Kifayət qədər teatr təcrübəsi olan, gözəl rejissor və teatr təşkilatçısı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, ölkənin Fəxri Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq kafedrasının dosenti, tələbələri tərəfindən hər zaman sevilən, onların hər birinə ata qaygısı ilə yanaşan Əliqismət müəllimin qurub yaratdığı, ölkənin birinci teatrına çevridiyi bir teatrdan belə qəfildən ayrılması hər kəs üçün maraq doğurduğundan onunla əlaqə saxlamaq qərarına gəldik. Bir həftəyə yaxın müddətdə telefonlarımıza cavab verməyən sənətkarın çox kübar, görüntüsü ilə həmahəng səsləşən səsini nəhayət ki, bu gün dəstəyin o başından eşidə bidik:
-Bəli, buyurun ...
O dəqiqə özümü təqdim etdim və “Sizdən müsahibə götürmək istəyirəm “ - dedim.
O isə müsahibə vermək istəmədiyini bildirdi və dəstəkdən tanış gülüşü eşidildi : - Bircə onu deyə bilərəm ki , hər şey yaxşıdır və inanlram ki daha yaxşı olacaq …
Və təbii ki hər kəsi maraqlandıran suallarla müsahibimə müraciət etdim :
- Əliqismət müəllim, deyirlər ki, siz öz xahişinizlə başqa işə keçmək istəmisiz, bu doğrudur? Teatrın yeni direktoru Aqil Bəhramlı musiqili teatr kimi bir kollektivə rəhbərlik edə biləcəkmi? Axı musiqili teatr dram teatrdan çox fərqlidir, çoxsahəlidir, həm də çox böyükdür.
Telefondan yenə də onun təbiətinə uyğun həlim, mehriban səsi eşidildi:
-Bu artiq geniş müsahibə oldu. Bəri başdan deyim ki, öz xahişimlə başqa işə keçmək istəyim dogrudur. Bunun üçün müraciət etmişdim cənab Nazirə, çox sag olsun Adil Kərimli mənim xahişimi yerinə yetirdi. Və mən də çox razı qaldım…
Yeni direktor haqqnda isə onu deyə bilərəm ki Aqil müəllimi gənc vaxtlarından - Akademik Milli Dram Teatrında işlədiyi illərdən tanıyıram. Həmişə yaxşı münasibətimiz olub. Çox işgüzar, bacarıqlı insandır. Gəncə teatrı ölkənin aparıcı sənət ocaqlarındadndır. Aqil müəllimin rəhbərlik etdiyi bu teatr bu gün ən müxtəlif Beynəlxalq festivallara qatılır. Təbii ki gözəl səhnə əsərləri ilə. Bunun nə demək olduğunu mən çox yaxşı bilirəm. Aqil müəllimə bizim doğma teatrda da uğurlar arzulayıram. Və bilirəm ki, bu, belə də olacaq.
-Bəs sizin yeni iş yeriniz bəllidirmi?
- Düşünürəm ki hər şey yaxşılığa doğrudur və hər şey yaxşı olacaq. Ondan nigaran deyiləm... )))
O, “bir daha sağ olun” deyib telefonu qapatdı.
Ustadın hərzamankı kimi, qayğıkeşliklə dolu səsi qətiyyən dəyişməmişdi …
Əliqismət müəllim, biz sizi həmişə sevmişik və sevirik. Və mən bir şeyi demək isyəyirəm ki sizin bugünkü statusunuz zatən uzun illər teatrda işləməyinizlə baglı deyil. Sizin haqqınızda olan kitablardan, məqalələrdən bilirik ki, hələ gənclik illərinizdən - Naxçıvan Mədəniyyət nazirliyində, Naxçıvan teatrında rejissor, Salyan rayon Mədəniyyət şöbəsinin müdiri, Mədəniyyət Nazirliyində İncəsənət baş idarəsinin rəisi işlədiyiniz vaxtlardan bəri istedadınızla, işinizlə, əməyinizlə, zəhmətinizlə və ən əsası insanlıgınızla qazandıgınız şəxsi statusunuzdur bu, peşəkarlıq və şəxsi imic məsələsidir bu. Və siz hara getsəniz hər kəsin sevimlisi olacaqsız, o imici özünüzlə hər yerə aparacaqsız. Dogrudan da təki can sağlığı olsun .
Siz demişkə, Hər şey yaxşılığa doğrudur və hər şey bundan sonra da gözəl olacaq!
G.Quliyeva
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...