Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov British Council (Britaniya şurası) tərəfindən həyata keçirilən “Creative Producers” layihəsində iştirak edib.
İncəsənət sahəsində yeni layihələri, komandaları və kreativ sənayeni beynəlxalq səviyyədə dəstəkləmək, birgə layihələrin həyata keçirilməsini stimullaşdırmaq məqsədi ilə həyata keçirilən proqramda Azərbaycanla yanaşı, Türkiyə, Kosova, Serbiya, Bosniya və Hersoqovina, Ukrayna, Makedoniya, Qazaxıstan, Albaniya, Monteneqro, Gürcüstan və Özbəkistandan da nümayəndələr iştirak edib. E.Cəfərovun müsabiqəyə təqdim etdiyi “Katalizator” ArtHub layihəsi növbəti mərhələdə iştirak üçün seçilib.
Proqramın birinci mərhələsində təqdim olunan layihələr arasından proqramın mahiyyətinə müvafiq perspektivli layihələr seçilib və iştirakçılar üçün 5 günlük onlayn təlim proqramı təşkil edilib. Növbəti mərhələdə - 5-10 mart tarixlərində layihə iştirakçıları Serbiyanın paytaxtı Belqrad şəhərində 5 günlük təlimlərə qatılıblar.
İştirakçılar təlimlərlə yanaşı, bir sıra görüşlərdə və incəsənət tədbirlərində iştirak ediblər. Layihə iştirakçılarının Serbiyanın Baş nazirinin müşaviri, “Serbia Creates” milli brend platformasının koordinatoru Martin Kuffla, Belqrad Gənclər Evinin (Dom Omladine) əməkdaşı, regionun ən böyük musiqi festivallarından olan Belqrad Caz Festivalının proqram direktoru Draqan Ambroziçlə və British Council-un Serbiya və Türkiyə bölmələrinin nümayəndələri ilə görüşləri təşkil edilib.
Proqramda Azərbaycandan yeganə təmsilçi olan E.Cəfərovun layihəsi növbəti mərhələdə də qalib olaraq Böyük Britaniyada iştirak şansı qazanan 10 layihə arasındadır. Proqramın final mərhələsinin qalibi kimi, o, 11-17 iyul tarixlərində Böyük Britaniyanın Mançester və Liverpul şəhərlərinə səfər edib. Səfər çərçivəsində lokal, milli və beynəlxalq səviyyədə incəsənət layihələrinin təşkili ilə məşğul olan Soup konsert və klub məkanı, Kral Musiqi Kolleci, Mançester Beynəlxalq Festivalı, Paradise Works studiya icması, layihə məkanı və qalereyası, Mançester Universitetinin The Whitworth qalereyası, HOME İncəsənət Mərkəzi, Everyman teatrı, Unity teatrı, Melodic Distraction internet radiosu, Islington Mill Open Studio, Mançester Castlefield Qalereyası, Factory International, Aviva Studiyası və Musiqi Şəhərləri Konfransı ilə tanışlıq baş tutub. Böyük Britaniyanın iki - Mançester və Liverpulun müasir mədəni həyatında mühüm rol oynayan qurumlar, məkanlar, tədbirlər və sənətçilərlə tanışlıq proqram iştirakçılarına Böyük Britaniya təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
Layihənin nəticəsində Bakıda British Councilin dəstəyi və ADMİU-nun tərəfdaşlığı ilə "Katalizator" Art Hub-ın yaradılması Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına təkan verəcək silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...