Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans keçirilib. 22 noyabr 2022- ci il tarixində baş tutan konfransda ADMİU-nun professor və müəllim heyəti ilə yanaşı, Başqırdıstanın Zaqir İsmaqilov adına Dövlət İncəsənət İnstitutunun İncəsənətin tarix və nəzəriyyəsi kafedrasının müəllimi İrina Şamsutdinova da online şəkildə iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovanın giriş sözündən sonra Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Cəlilovanın moderatorluğu ilə məruzəçilərə söz verilib. Əməkdar İncəsənət xadimi, professor Məryəm Əlizadə “Qodonun oxşarları” Azərbaycan teatr məkanında", Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov “Müasir teatr mozaikası haqqında bəzi qeydlər”, Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaşzadə “Aydın Talıbzadənin “Ramana” romanı: diskursiv təhlilin işığında”, Əməkdar İncəsənət xadimi, professor Aydın Talıbzadə “Metakainat metateatr kimi: Oksimoron əyləncə tipi”, Z.İsmaqilov adına Ufa Dovlət İncəsənət İnstitutunun İncəsənətin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi İrina Şamsutdinova “Gənc ürəklər pyesinin M.Qafuri adına Başqurt Dram Teatrında müasir səhnə oxunuşu”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Cəlilova “Realizmin böhranı incəsənətin böhranı qismində”, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Tamilla Əhmədova “Yohan Heyzinqanın oyun konsepsiyasında teatr sənətinin təbiətinin qavrayışı”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Gözləməkliyin fenomenologiyası” , Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev “Absurd teatrı-həyatımızın güzgüsü kimi”, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəlllimləri Tərlan Rəsulov “"Burada və indi" prinsipi: canlı teatrı gözləyərkən” , Aliyə Dadaşova “Teatr Qodonu gözlərkən: seyrçi olmağın iztirabları”, Aygün Süleymanova “Qəhrəman axtarışında olan Azərbaycan teatrı Qodo intizarında” adlı məruzələri ilə çıxış ediblər.
Tədbirin yekununda isə belə beynəlxalq elmi konfransların keçirilməsinin vacibliyi və Azərbaycan teatrının dünya teatrı ilə əlaqələrinin inkişafının nə dərəcədə əhəmiyyətli olması vurğulanıb. Və "Qodo"nun bir gün mütləq gələcəyinə olan inamdan bəhs edilib.
Yazardan aid digər yazılar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans ke&cce...
Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş ...
“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, ...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlə...
Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə ke...
Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisəl...
“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə ola...
Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar si...
“Öyrətmək olmasın” adlı yeni YouTube layihəsinə start verilib. Layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.
Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin ...
Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar v...