TEATRO

TEATRO

sənət portalı

post-title

“Dünya və teatr Qodonu gözlərkən” mövzusunda Beynəlxalq Teatr Konfransı haqqında ELAN

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Dünya və teatr Qodonu gözlərkən” mövzusunda Beynəlxalq Teatr Konfransı keçirməyi planlaşdırır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində onlayn formatda keçiriləcək Konfrans 22-23 noyabr 2022-ci il tarixində Bakı şəhərində baş tutacaq.

Konfransın mövzusu S.Bekketin absurd şedevrinin adı ilə əbəsdən səsləşmir: çünki dünyamızın gerçəklərinə, teatr sənətinin çağdaş durumuna aktual refleksiya kimi düşünülüb. Bu gün dünya, cəmiyyət qloballaşma ilə, robotlaşma ilə, ünsiyyətsizlik kollapsı ilə, zəncirvari reaksiya üzrə permanent davam edən lokal müharibələrlə, sosial şəbəkələrin həyasız anarxizmilə üz-üzədir. Bu gün teatr sənətinin də taleyi müəmmalıdır. Amma bununla belə hamı, istər dünyada, istər sənətdə nəyəsə ümid bəsləyir, nəyisə gözləyir. Bu gün Bekketin Qodosu hamının məchul ümidinin rəmzinə çevrilib.

Konfransın məqsədi də dünya və teatr “Qodonu gözlərkən” vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini, qismən də olsa, aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır.

Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir.

Zoom platforması üzərindən keçiriləcək Konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir. Konfransın linki tədbirdən bir neçə gün əvvəl iştirakçıların e-mail ünvanına göndəriləcək.

Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1 doldurmaqla) və məruzəni (Forma 2-yə uyğun tərtib etməklə) elektron formada 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvana göndərməklə konfransa qatıla bilərlər: teatrqodokonfrans@gmail.com

Əlaqə telefonu: (+994 50 610 05  59, koordinator: Fəridə Cəlilova).

Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 20.10.2022-ci il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.

Qəbul edilmiş məruzələrin konfransdan sonra pdf fomatında toplu halına salınması və iştirakçıların e-mail ünvanına göndərilməsi nəzərdə tutulur. 

Konfrans haqqında elanın elektron formatı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin http://admiu.edu.az/ və konfransın informasiya dəstəyçisi http://www.teatro.az saytlarında tanış olmaq olar.

                                                                                                                                Təşkilat komitəsi

FORMA 1. Konfransda iştiraketmə ərizəsi

Soyadı, adı, atasının adı

 

Elmi dərəcəsi və adı

 

İş yeri

 

Vəzifəsi

 

Telefon

 

E-mail ünvanı

 

ruzənin adı

 

 

FORMA 2.

Məruzənin tərtibi qaydaları:

  1. Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234]

Materialın strukturu:
1. Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;

2. Müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri (təşkilat), şəhər, ölkə, möbil telefon nömrəsi, elektron poçt ünvanı - adi şriftlə, ortada;

3. Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;

4. Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;

5. Əsas mətn (5-7 səhifə).

ОБЪЯВЛЕНИЕ

О Международной Театральной Конференции

на тему «Мир и театр в ожидании Годо»

Азербайджанский Государственный Университет Культуры и Искусств (АГУКИ) планирует провести международную театральную конференцию на тему «Мир и театр в ожидании Годо».

Онлайн-конференция, посвященная 100-летию Азербайджанского Государственного Университета Культуры и Искусств состоится 22-23 ноября 2022 года в Баку в рамках проекта «АГУКИ 99+».

Неспроста тема конференции созвучна с названием абсурдистского шедевра С. Беккета: ведь она задумана как актуальное отражение  реалий нашего мира, размышление о современном положении театрального искусства. Сегодня мир и общество столкнулись с глобализацией, роботизацией, коллапсом отсутствия коммуникации, продолжающимися по цепной реакции  локальными войнами и наглым анархизмом социальных сетей. Судьба театрального искусства сегодня также неясна. Однако все, как в мире, так и в искусстве надеются на что-то и чего-то ждут. Сегодня беккетовский Годо стал для всех символом неизвестной надежды.

Цель конференции – в то время как мир и театр «в ожидания Годо», выяснить, по возможности, что же происходит в реальности, какие процессы нас сопровождают, какие перспективы ждут театральное искусство, в какую сторону направлен театральный вектор в современных условиях, искать ответы на многочисленные вопросы в полифонии голосов и идей.

Оргкомитет приглашает всех желающих найти ответы на эти вопросы специалистов, докторантов, диссертантов и магистров принять участие в конференции.

Конференция будет проводиться дистанционно на платформе Zoom. Рабочие языки конференции: азербайджанский, русский и английский. Ссылка на конференцию будет отправлена ​​на электронный адрес участников за несколько дней до мероприятия.

Желающие могут принять участие в конференции, направив заявку на участие (заполнив Форму 1) и доклад (составив по примеру Формы 2) в электронном виде не позднее 15 октября 2022 г. на электронный адрес: teatrgodokonfrans@gmail .com

Контактный телефон: (+994 50 610 05 59, координатор: Фарида Джалилова).

Оргкомитет оставляет за собой право не принимать материалы, не соответствующие тематическим направлениям конференции и не отвечающие указанным требованиям. Информация о принятии доклада будет доставлена ​​автору до 20.10.2022 по адресу, указанному в заявке.

Принятые доклады будут собраны в электронном сборнике в формате PDF после конференции и отправлены на электронный адрес участников.

Электронный формат объявления конференции доступен на сайтах Азербайджанского Государственного Университета Культуры и Искусств – http://admiu.edu.az/ и театрального онлайн-ресурса “Teatro” предоставляющего информационную поддержку мероприятию http://www.teatro.az.

Организационный комитет

ФОРМА 1. Заявка на участие в конференции

Фамилия, имя, отчество

 

Ученая степень и звание

 

Рабочее место

 

Должность

 

Телефон

 

Адрес электронной почты

 

Название доклада

 

 

ФОРМА 2. Правила оформления доклада:

1. Объем 5-7 страниц, формат страницы А4, кегль – 14, шрифт – Times New Roman, поля документа – 2,0 см с каждой стороны, межстрочный интервал – 1,5, абзац 1,25 см. Текст должен исключать перенос слов.

2. Список литературы следует составлять в алфавитном порядке. В тексте сноски обозначаются квадратными скобками с указанием в них порядкового номера источника по списку и через запятую номера страницы. Например: [2] или [2; 5; 8] или [2, 14-15] или [2, 17; 7, 233-234].

 

Структура материала:

1. Название доклада начинать с прописной буквы, полужирным шрифтом, посередине;

2. Имя автора, фамилия, отчество, ученая степень, ученое звание, место работы (организации), город, страна, номер мобильного телефона, адрес электронной почты начинать с прописной буквы, посередине;

3. Аннотация (100-150 слов): в зависимости от языка доклада, аннотация пишется на двух остальных рабочих языках;

4. Ключевые слова (5-7 слов или словосочетаний): на азербайджанском, русском и английском языках после аннотации;

5. Основной текст (5-7 страниц).

ANNOUNCEMENT

for the International Theatre Conference on

“The World and Theatre are waiting for Godot”

Azerbaijan State University of Culture and Arts (ASUCA) is planning to hold an International Theatre Conference titled as “The World and The Theatre are waiting for Godot”.

This online conference dedicated to the 100th anniversary of the Azerbaijan State University of Culture and Arts will be held in Baku on November 22-23, 2022.

The subject of the conference doesn’t accidentally consonants with the title of S. Beckett’s absurd masterpiece: it is thought of as a topical reflection on the realities of our world, and the current conditions of performing arts. Today, the world and society are facing globalization, robotization, the lack of communication, ongoing local wars like a chain reaction, and the shameless anarchism of social networks. Today, the fate of performing arts is also mysterious. However, everyone, both in the world and in arts, hopes and expects something. Today, Beckett’s Godot has become a symbol of everyone’s unknown hope.

The purpose of the conference is to clarify, at least partly, in the situation of “waiting for Godot” for the world and the theatre, what is really happening, what processes take place, what perspectives performing arts await, what direction the theatre vector is directed in the modern context, and to seek answers to many questions in the polyphony of voices and ideas.

The organizational committee invites all experts who want to find answers to those questions, as well as candidates for PhD degree and masters of arts to participate in the conference.

The working languages of the conference, which will be held on the Zoom platform, are Azerbaijani, Russian and English. The link to the conference will be sent to the e-mail address of the participants a few days before the event.

Applicants can join the conference by submitting an application for participation (by filling out the Form 1) and a research report (by compiling the Form 2) in electronic format no later than October 15, 2022 to the following e-mail address: teatrqodokonfrans@gmail.com

Contact phone: (+994 50 610 05 59, coordinator: Farida Jalilova).

The organizational committee reserves the right not to accept materials that do not correspond to the scope of the conference and do not meet the requirements. Information on the acceptance of the research report will be delivered to the author by 20.10.2022 at the address indicated in the application.

The received research reports are planning to be compiled as a digest in pdf format after the conference and sent to the e-mail address of the participants. 

Electronical form of the announcement is available on the websites of the Azerbaijan State University of Culture and Arts http://admiu.edu.az/ and the information supporter of the conference http://www.teatro.az .

 

Organizing committee

FORM 1. Application for participation in the conference

Surname, name, patronymic

 

Academic degree and title

 

Occupation

 

Position

 

Phone

 

E-mail address

 

Title of research report

 

FORM 2. Report drafting rules:

  1. Volume: 5-7 pages, in A4 format, font Times New Roman, size 14, 2.0 cm on each side, 1.5 spacing, paragraph 1.25. The text should be typed without wrapping.
  2. List of references should be drafted in alphabetical order, the references should be as follows: in square brackets, source and page numbers. For example: [2] or [2; 5; 8] or [2, 14-15] or [2, 17; 7, 233-234].

Structure of the material:
1. Title of the report - in ordinary letters, bold, in the middle;

2. Author's name, surname, patronymic, scientific degree, scientific title, occupation (organization), city, country, mobile phone number, e-mail address - in plain font, in the middle;

3. Annotation (100-150 words): if the report is in one of the working languages, in the other two languages;

4. Keywords (5-7 words or word combinations): in Azerbaijani, Russian and English, after annotations;

5. Main text (5-7 pages).

Load Time (S) : 0.004360