Azərbaycanı rejissor Tərlan Rəsulovun rəhbəlik etdiyi “dOM” Müstəqil Teatrının kollektivi “Tuğanlıq” festivalında iştirak etmək üçün Başqırdıstana yola düşüb. Müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovin əsəri əsasında hazırlanmış “Limbo” immersiv tamaşası (qur. rejissor Tərlan Rəsulov) ilə təmsil edəcək.
Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq 7-ci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur.
Festivalın proqram direktoru Aysılu Saqitovanın sözlərinə görə, “Tuğanlıq” festivalında “muasir dünyada milli dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qorumalıyıq?” suallarına cavab axtarılacaq. Bu sual həmçinin, Festival çərçivəsində keçiriləcək “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” elmi-praktiki konfransında qaldırılacaq.
Festival 2019-cu il 23-30 may tarixlərində Ufada baş tutacaq. Həmin günlər ərzində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını M.Qafuri adına BADT, M.Kərim adına RB Dövlət Gənc Tamaşaçılar Teatrı, Ufa Dövlət “Nur” Tatar Teatrı, Başqırd Dövlət Opera və Balet Teatrı, Başqırdıstan Dövlət Akademik Rus Dram Teatrının səhnələrində təqdim edəcəklər. Respublikanın və M.Qafuri adına BATD-nin 100 illiyinə düşən builki Festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edəcək. Festivalın açılışı Rusiyanın milli “Qızıl maska” mükafatı laureatı – “Züleyxa gözlərini açır” (G.Yahina, Y.Pulinoviç, rej A.Abuşahmanov) tamaşası ilə olacaq.
“dOM”çular öz tamaşalarını 25 may tarixində M.Qafuri adına BADT-n kiçik səhnəsində nümayiş etdirəcəklər. Teatrın direktoru Tərlan Rəsulov festival çərçivəsində baş tutacaq elmi-praktiki konfransda çıxış edəcək. Festival çərşivəsində baş tutacaq etnokonsertdə isə teatrın aktrisası Əməkdar artist Yaqut Paşazadə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edəcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...