Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının kiçik zalında “Şam” teatrının ilk tamaşası olub. Bununla da yeni bir teatrın təməli qoyulub. Yaradıcı kollektiv pərdələrini Azərbaycan dramaturqu İsmayıl İmanın “Astara bağları” pyesi əsasında hazırlanmış “№37” tamaşası ilə açıb.
Gənc teatrın yaradıcıları tanınmış teatr və kino aktyorları, Qazaxıstanın Əməkdar Xadimi Yerkebulan Dayirov və Asan Məcitdir. “Şam” teatrının yaradılmasında məqsəd evin içində ev tikmək deyil, bütün qazax teatr aktyorlarının bir araya gələrək müxtəlif ideyaları bölüşə biləcəyi ümumi sənət məkanı yaratmaqdır. Sənətin sərhədləri yoxdur. Bütün teatrlar kimi kollektivimizin də əsas missiyası fəzilət və yaxşılığa yol göstərmək, insan fitrətindən dönməməkdir”, - deyə gənc teatrın təşkilatçıları bildiriblər.
Tamaşanın süjetinə görə, on beş il əvvəl bir çox günahsız insanlar böyük terrorun qurbanına çevrilirlər. Dövlət partlayışda həlak olanları şəhid kimi tanıyır və hər il anım tədbiri keçirir. 15 ildən sonra növbəti anım günündə oğlunu həmin hadisədə itirən Yaqubovlar ailəsi yenidən dağılır. Ağır kədərdən sonra özünə gələn və öz həyatını yaşayan bu ailə “şəhid” Rəsulun qayıdışına əsla sevinə bilmir. Tamaşada konflikt də elə buradan qaynaqlanır.
İsmayıl İman Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, tanınmış dramaturqdur. Yazıçının pyesləri bir sıra MDB ölkələrində səhnəyə qoyulub. Dramaturqun müasir cəmiyyətin vəziyyətini real hadisələr vasitəsilə qabarıq şəkildə əks etdirən əsərinin süjeti Azərbaycanda cərəyan etsə də, coğrafi fərqlər başqalarının bu hekayəni qavramasına mane olmur. Çünki yazıçının əsas mövzusu insan və cəmiyyət münasibətləridir. 2017-ci ildə yazılmış “Astara bağları” pyesi də saxta dəyərlərlə yaşayan doğma insanların daxili münaqişəsi üzərində qurulub. Rejissor Fərhad Moldağalı Azərbaycan dramaturqunun təsvir etdiyi terror hadisəsini bu yaxınlarda ölkəmizdə baş vermiş Yanvar faciəsi ilə müqayisə edir. Tamaşanın adı qurbanlar siyahısında 37-ci olan Rəsulun nömrəsini bildirir. Tamaşa başlayanda televiziyada yanvar yürüşü ilə bağlı reportaj göstərilir. Ağrıya dözməyib xəstələnən Rəsulun anası əlil arabasındadır. Atası daha bir anım mərasiminə getməyə hazırlaşır. Həyat yoldaşı Zeynəb qaynı ilə evlidir. O, yetkin adamdır. Elə bu vaxt Rəsul qayıdır.
Doğmaları Rəsulun sağ olmasına sevinmək əvəzinə “15 ildir hardasan?” deyə soruşurlar. Onların hər biri on beş il bu yolda əziyyət çəkdiyini, indi öz həyatlarını qurduqlarını bildirir. Kiçik qardaşını açıq-aşkar həm sevən, həm də nifrət edən Ənvər “Bu, mənim ailəmdir, kiçik Rəsul mənim oğlumdur” deyir. Gənc yaşlarında ərini itirən Zeynəb sevmədiyi adamla yaşamağa yenicə öyrəşməkdə idi ki, Rəsul gəlib onun həyatını növbəti dəfə xaosa bürüyür və onu ittiham edir. Bəs Rəsulun iztirabları necə olsun? Qorxu içində yaşamaqdan daha pis bir şey varmı? Axı o, həmin hadisənin canlı şahididir. “Kimliyini”ini itirmiş Rəsul indi necə yaşayacaq? O, öz anası üçün belə "ölü" insandır. Rəsul yalnız anasına dediyi həqiqəti cəmiyyətə deyə bilmir. Çünki həmin partlayış siyasi oyun idi. Bununla da bir ailənin üzvlərinin acınacaqlı taleyi sadə insanların hakimiyyət qarşısında dəyərsizliyini göstərdi.
“Bu tamaşada hadisələr 2037-ci ildə baş verir. Əsərdə bu gün cəmiyyətimizdə hər insanı düşündürən bir sual var. Ona görə də biz İsmayıl İmanın bu pyesini seçdik və onun süjetini cəmiyyətimizə uyğunlaşdırdıq. Əgər bu, tamaşaçıları düşündürürsə, deməli məqsədimizə çatmışıq”, - Ənvər rolunu oynayan aktyor Asan Məcit deyir.
Tapdanmış yoldan çıxmağı və tamaşaçıya yeni əsərlər təqdim etməyi qarşısına məqsəd qoyan yeni teatrın ilk addımı beləcə uğurla başladı. Rejissor Fərhad Moldağalı əsərin müəllifinin fikirlərini, tamaşanın ötürmək istədiyi mesajları tamaşaçılara çatdıra bildi. Tamaşanın dekorasiya həlli sadədir, bütün hadisələr demək olar ki, bir məkanda cərəyan edir. Rejissor səhnədə işıq və musiqiyə xüsusi yer verir. Tamaşa boyu səslənən ləng musiqi (bəstəkar Oljas Jakıpbek) personajların əhval-ruhiyyəsinə uyğunlaşır və psixoloji dramın tərkib hissəsinə çevrilir.
Baş rolda ata - Saqizbay Karabalin, ana rolunda - Tınışkul Sultanberdiyeva, Zeynəp - Zarina Karmen, digər rollarda Yerkebulan Dairov, Asan Məcit, Lisa Serikova və baş rolda gənc aktyor Almat Kurak öz obrazları ilə aktyorluq ustalığı nümayiş etdirirlər. 
Məxsusi olaraq tamaşaya baxmaq üçün gəlmiş və premyerada iştirak etmiş əsərin müəllifi İsmayıl İmandan tamaşa ilə bağlı təəssüratını soruşduq:
- Əvvəla, şadam ki, Almatı məni səmimi qarşıladı. İkincisi, istənilən müəllif öz əsərini səhnədə görmək istəyir və yaxşı ifa olunursa, xüsusilə sevinir. Rejissor Fərhad Moldağalının quruluş verdiyi tamaşa möhkəm özəyi, təzə rejissor fikirləri və mükəmməl aktyor ansamblı ilə çox yaxşı tamaşa idi. Pyesimin qazax dilində oynanılmasından çox məmnunam. “Şam” teatrına uğurlar arzulayıram və əminəm ki, onlar buna nail olacaqlar”, - deyə, pyesin müəllifi İsmayıl İman cavab verdi.
“Astara bağları”nın tamaşası müəllifin qazax həmkarları ilə ilk işidir. Dramaturq kimi əsərlərinə tələbat olan yazıçı ilə yaradıcılıq əməkdaşlığı şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək.
Tamaşadan sonra Qazaxıstanın xalq artisti Asanali Aşimov tələbələrinin yaratdığı yeni teatra uğurlar arzuladı. Ciddi və müasir əsərlə pərdəsini açan yeni teatr tamaşaçıları sevindirdi. MDB ölkələrinin bir neçə teatrında nümayiş etdirilən “Astara bağları”nın Qazax teatrında uğurla tamaşaya qoyulduğunu, bağın canlı olduğunu desək, mübaliğə olmaz. İki gün ərzində teatrın kiçik zalı tamaşaçılarla doldu və tamaşa böyük maraqla qarşılandı. “Şam” teatr kollektivi böyük ambisiyaları və aydın məqsədi ilə milli teatr sənətinə öz imzası ilə daxil oldu.
 
https://anatili.kazgazeta.kz/news/60922?fbclid=IwAR05oAAaMDk81HG8T2pXbnn7WLOgu_PAmjQr418T9jQmYPB7I7GGQWGl5lo
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...