TEATRO

TEATRO

sənət portalı

post-title

“DasDas Online” dəvət edir...

Mədəniyyət, incəsənət və əyləncə mərkəzi olan DasDas, sənətsevərləri yenidən teatr ilə görüşdürməyə hazırlaşır. Pandemiya tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər səbəbiylə İstanbul Ataşəhər Metropoldaki səhnəsində seyrçiləri ilə görüşə bilməyən DasDas, tamaşalarını onlayn platformaya köçürərək DasDas Online'da sənətsevərlərə istədikləri tamaşanı canlı izləmək imkanı təqdim edir.

Pandemiya ilə əlaqədar canlı nümayişlərə bir müddət fasilə vermək məcburiyyətində qalan DasDas, bu çətin günlərdə səhnəsinin pərdələrini bağlamır. Kollektiv "DasDas Online" adlandırdıqları platforma ilə tamaşalarını onlayn formada tamaşaçılara çatdıraraq onların teatrdan uzaq düşməmələrinə, bu günləri daha xoş keçirmələrinə çalışır.

 

DasDas-ın "DasDas Online" vasitəsilə teatrsevərlərə nümayiş etdiyi ilk əsər Moritz Rinkenin pyesi əsasında hazırlanan "Qərbin sonu" tamaşası olub. Dekabrın 23-də onlayn nümayiş olunan bu tamaşanın rejissoru Tuğsal Moğuldur. Tamaşada rolları Evren Bingöl, Gün Koper, Mərt Fırat, Naz Çağla Irmak, Tülin Özən və Pərvin Bağdat ifa edirlər.

 

DasDasın maraqlı səhnə əsərlərindən olan “Joseph K.”, “"Yalnızlar üçün çox xüsusi bir xidmət”, Əlvida, Diva!”, “Timsah”, uşaqlar üçün hazırlanmış “Yuxu hara gedir?” və “Astro aya qalxır” tamaşalarını isə seyrçilər yanvar ayından etibarən onlayn izləyə biləcəklər.

DasDas Online-ın biletləri www.mobilet.com saytında satılır!

Ətraflı məlumat üçün: dasdasonline.com-a müraciət etmək olar.

Hazırladı: Milana Orucova

Load Time (S) : 0.004447