Günlərin bir günü rejissor Elşad Rəhimzadə və rəssam Mais Abdullayev eksperiment xarakterli tamaşa hazırlamaq məqsədi ilə Qax rayonunda yerləşən 3 saylı məktəbə yollanır və məktəbin azyaşlıları ilə görüşürlər. Rejissor uşaqlardan “Qırmızı papaq” nağılında gördükləri bütün obrazları təsvir etmələrini istəyir. Baş rəssam isə uşaqların təqdim etdiyi təsvirlər içərisindən bir neçəsini seçərək təkmilləşdirir və bitkin eskiz halına gətirir. Nəticədə isə, ilk baxışdan uşaq təxəyyülünün məhsulu olduğu aşkar sezilən obrazlar meydana çıxır. Qaxda “Qırmızı papaq” nağılının tamaşaya qoyulma əhvalatı belə baş verir.
Burada Qırmızı papaq kimi, digər kuklaların da öz məxsusi yaranma tarixçəsi var. Müxtəlif əhvalat həvəskarları bu cür tarixçələr dalınca ölkənin bir başından digərinə getməyə də hazırdır. Elə bizim gənc teatrşünas Cövhər Xeyrullayeva kimi. Kukla teatrları üzrə ixtisaslaşan Cövhər Xeyrullayeva ərinmədən, yorulmadan Bakıdan Qaxa qədər yol qət edib və Qax Kukla Teatrı haqqında xeyli təssürat, bol-bol fotoşəkil və xeyli maraqlı məlumatla qayıdıb. Sağ olsun, bu məlumatların bir qismini də yazıya köçürüb. TeatrO.az Cövhər Xeyrullayevanın Qax Dövlət Kukla Teatrından reportajını təqdim edir:
Bu günlərdə Qax Dövlət Kukla Teatrı ilə tanışlıq məqsədi ilə Qaxa yola düşdük. Şəhər mərkəzinə yaxın, qədim tarixə malik Mərkəzi Cümə məscidinin qonşuluğunda Qax Kukla Teatrının binası yerləşir. Bina teatr məqsədi ilə tikilməmiş, sonradan kukla teatrının kollektivinin ixtiyarına verilmişdir.
“Göyçək Fatma”sı, “Xeyir və Şər”i, “Turp”u və daha nələri-nələri olan Qax Kukla Teatrının bu gün paytaxtdan kənarda müstəqil yaradıcılıq yolu ilə getdiyini qeyd edə bilərik. Teatr Azərbaycanda digər kukla teatrlarından fərqli, çuxuru olan səhnəyə malikdir. Buna uyğun olaraq, tamaşalar da yalnız troslu kuklalar ilə qurulur.
Qax Kukla Teatrı fəaliyyətinə 1974-cü ildə Səməd Vurğun adına rayon mədəniyyət evində kukla dərnəyi olaraq başlayıb. Bu dərnəyin əsasının qoyulmasında teatrın ilk rejissoru İsako Zeynalaşvilinin xidməti vurğulanır. 1974-cü ildə baş rejissor İsako Zeynalaşvili kollektivin digər üzvləri ilə birgə E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” nağıl-pyesinin məşqlərinə başlayıb, 1975-ci il 15 may tarixində tamaşanın premyerası baş tutub. 1976-cı ildə kollektiv Xalq Kukla teatrı və 1992-ci ildə dövlət teatrı statuslarına layiq görülüb. İlk qastrol səfəri 1997-ci ildə Gürcüstan Respublikasında baş tutan teatr bu günə qədər Türkiyə, Estoniya, Rusiya və Ukraynada keçirilən festivallarda çıxış edib. 2008-ci ildə I Respublika Kukla Teatrları həftəsində uğur qazanaraq, 2010-cu ildə II Respublika Kukla Teatrları həftəsinə ev sahibliyi edib. Teatrın kollektivi 2011 və 2013-cü illərdə respublikamızda keçirilən I və II Beynəlxalq Kukla teatrları festivalında iştirak edərək, hər iki festivalın diplomlarına layiq görülüb. 1992-ci ildən bu günə qədər teatrda 76 tamaşa hazırlanıb.
Teatrla tanışlıq ərəfəsində direktor Nazim Mahmudov, baş rejissor Yusif Abdurahmanov və baş rəssam Mayis Abdullayevlə görüşüb teatrın gördüyü işlər və gələcək planları haqqında məlumatlandıq. Hazırda aprel ayı üçün repertuarda yeddi tamaşa yer alır. Növbəti aylarda “Karlson”, “Mauqli” tamaşaları balaca seyirçilərin ixtiyarına veriləcək. Teatrın direktoru Nazim Mahmudov qeyd edir ki: “Mauqli obrazı hər kəsə tanış obrazdır. Bu cür çevik, dinamik obrazın kuklaya gətirilməsinin çox çətin proses olması bəllidir. Lakin, bizim baş rəssam artıq obraz üzərində işə başlayıb və tezliklə buna nail olunacaq”.
Bir neçə il öncə nümayiş olunmuş, daha sonra repertuardan çıxarılmış “Qoğal” tamaşasının da indi yeni quruluşda təqdim olunması nəzərdə tutulur. Bu tamaşa 2010-cu ildə Estoniyada keçirilmiş “Çamadanda teatr” festivalında iştirak etmiş və diplomla təltif olunmuşdur. Tamaşada iki şəxs – nağılçı (canlı aktyor) və 8 kuklanı idarə edən kuklaçı iştirak edir. Mono tamaşanın ifaçı-aktyoru teatrın baş rejissoru Yusif Abdurahmanov olmuşdur. Hazırda tamaşanın daha geniş versiyası kollektivin digər aktyorları ilə birlikdə işlənib hazırlanır.
Teatrda olduğumuz iki gün müddətində “Göyçək Fatma” və “Xeyir və Şər” tamaşalarını izləyə bildik. Hər iki tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında hazırlanan “Xeyir və Şər” tamaşası iki canlı aktyor – Orxan Əminov, Nuru Mustafayev və 4 kukla obrazın pantomim ifası ilə nümayiş olunur. Yaş məhdudiyyəti olan tamaşa 14+ seyirçilər üçün nəzərdə tutulmuşdur. Xeyir və Şər obrazlarının kukla vairantları maksimal sadəliyə malik olsa da diqqət çəkir. Obrazlar xeyir və şərin simvolu olan ağ və qara rənglərdə təsvir olunub. Rəssam bildirir ki, kimsə xeyir və şəri hər hansı konkret obrazda təsvir edə bilməzdi. Biz də, düşündük ki, simvolik obrazlardan istifadə edək.
Nəzərə alsaq ki, Qax rayonu kiçik əraziyə malikdir və cəmi 60 kəndi əhatə edir, həmin səbəbdən tamaşaçı çatışmazlığı da müşahidə olunur. Bu çatışmazlıq isə öz növbəsində repertuarı daim yeniləmək ehtiyacını yaradır. Nəticədə, azsaylı kollektiv və azsaylı tamaşaçı münasibətlərində uğurlu tamaşalar meydana gəlir. Teatrın yetərincə keyfiyyətli quruluşları sırasında “Turp”, “Tıq-tıq xanım”, “Hacı Qara”, “O, olmasın bu olsun”, “Ələddinin sehirli çırağı” tamaşalarının adlarını çəkmək olar.
Teatrın həm keçmiş uğur və nailiyyətləri, həm də yeni tamaşalara hazırlıq posesləri kollektivin bütün problem və məhrumiyyətlərə baxmayaraq davam edən yaradıcılıq eşqindən xəbər verir. Teatr binasının standartlara uyğun olmaması, texniki problemləri, kukla hazırlanması prosesində lazımi materialların çatışmaması kollektivi ruhdan salmır. Onlar mövcud şəraitdə mükəmməl işlər ortaya qoymağı da bacarırlar. Lakin, düşünürəm ki, mədəniyyət və incəsənət sahələrinin inkişaf etdiyi, maddi təminatının yaxşılaşdırıldığı zamanda bölgə teatrları bu prosesdən kənarda qalmamlıdır.
Tanışlıq və çəkiliş və üçün bizə şərait yaradan teatrın direktoru Nazim Mahmudova, tamaşalar və teatrın uğurları haqqında məlumat verən baş rejissor Yusif Aburahmanova, kukla hazırlanma texnikası, teatrın sexləri və digər məkanları ilə bizi tanış edən baş rəssam Mayis Abdullayevə, adlarını çəkmədiyim aktyorlara və kollektivin bütün digər üzvlərinə nümayiş etdirdikləri qonaqpərvərliyə, mehriban münasibətə görə təşəkkürümüzü bildirir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Oxşar yazılar
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq artisti Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olunub. Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik edərək, dövlətin mədəniyy...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
23 aprel
H.Mirələmov "Gəncə qapıları" saat 19:00
24 aprel
İ.Əfəndiyev "Mənim günahım" saat 19:00
25 aprel
V.Səmədoğlu "Generalın son əmri" sa...
Rejissor, aktyor, ssenarist, şair, dramaturq kimi Antonen Artonun hansısa çox parlaq uğurundan danışmaq olmur. O, sənət nəzəriyyəçisi idi.
Fransanın Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nətic...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yanvarın 30-da sənət ocağının “Facebook” səhifəsi vasitəsilə onlayn göstəriləcək.
İki hissəli səhnə...
Əslində, neçə vaxtdır bu fikirlər mənə rahatlıq vermir, sonunda qərara aldım ki, düşündüklərimi yazıya “töküm”. Yaşadığımız XXI əsrdə, demək olar ki, hər şeyin texnologiyaya bağlı olduğu zəmanəyə gəlib &cce...
Biz artıq dörd aydır ki, pandemiya dövründə yaşayırıq. Bu, bizim hamımız üçün hər mənada – həm fiziki, həm də psixoloji baxımdan bir sınaq, bir dərsdir! Bu dərsdən, sınaqdan necə çıxacağımız isə bizdən ası...
Bakıda festival ab-havası höküm sürür. Festivallar ard-arda düzülüb, biri bitir, o biri başlayır. Bakı festivallar şəhəri olmağa iddialı. Bu il bir başqaydı, tamaşalar da, tamaşaçılar da. Görməyə adət et...
Teatr bundan sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirəcək.Teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilib və hazırda bu işlərə səlahiyyətli olan Azərbaycan Resp...
Rejissor Məcid Məcidinin "Məhəmməd: Allahın elçisi" filmi haqqında Kamal Yaşarın resenziyası.
Film günəşin doğuluşu səhnəsi ilə başlayır. Bu da ekran əsərinin adına və məramına uyğun olaraq bəşəriyyətə doğan bir...