Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaların əsas etibarilə uşaqlar üçün hazırlanması səbəbindən M.A.P festivalı ərəfəsində Bakıya gələn kukla tamaşalarına həm kiçiklər, həm də böyüklər maraq göstərir. Festival çərçivəsində Rusiyanın Penza vilayətindən Kukolniy Dom teatrı “Yatmış gözəl”, “Zoluşka”, İspaniyanın Devid Espinoza teatrı isə “Universal hadisə” tamaşaları ilə çıxış etdilər. M.A.P festivalının təşkilatçıları yazır: “M.A.P. festivalını təşkil etməkdə başlıca məqsədimiz bu gün dünyanın hər yerində tamaşaçıları həyəcanlandıran yeni və maraqlı nə varsa, onların hamısını Azərbaycan səhnəsinə gətirmək, çağdaş teatr həyatımızda təsdiqlənməsinə çalışmaqdır”. Düşünürəm ki, müəyyən tamaşaları izlədikdən sonra həqiqətlə iddia olunan arasında fərqi aşkar sezmək olar.
Kukolnıy Dom teatrının kuklaçı-aktyoru, “Yatmış gözəl” və “Zoluşka” tamaşalarının solo ifaçısı Elina Aqeyeva "Kukla teatrının ən yaxşı aktrisası" nominasiyasında "Qızıl maska" Milli Teatr Mükafatının laureatıdır. 1992-ci ildə Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra rejissor Aleksandr Maksimıçev və rəssam Tatyana Melnikova ilə birlikdə "Kukolnıy dom" Marionet Teatrının yaradıcılarından biri olmuşdur. Elina Aqeyevanın iştirakı ilə səhnələşdirilən tamaşalar üç dəfə "Qızıl Maska" Milli Teatr Mükafatına layiq görülüb. Belə ki, Elina Aqayevanın uğur və nailiyyətləri nə qədər parlaq səslənsə də, festival ərəfəsində daha aktual və modern tamaşalar görmək arzusunda idik.
“Yatmış gözəl” marionet tamaşası Çaykovskinin eyni adlı baleti əsasında hazırlanmışdı. Tamaşanın mətni və kukla obrazları Tatyana Melnikovaya məxsusdur. Səhnədə yer alan şirma və kuklalar incə estetik gözəlliyi ilə seçilirdi. Tatyana Melnikova müsahibəsində bildirir ki, tamaşanın dekorasiyası qotik kilsə üslubunda hazırlanıb. Bu tamaşada mühüm olan vertikal vizuallıqdır. Əksər elementlər şirmanın şaquli istiqamətinə uyğunlaşdırılmışdı. Nəzərə alsaq ki, marionet kuklalar texnikasına görə kukla növləri arasında ən çətin idarə olunan və kifayət qədər diqqət və məsuliyyət tələb edən kuklalardır, deyə bilərik ki, Elina Aqayeva solo ifası ilə obrazların öhdəsindən məharətlə gəlməyi bacardı.
Amma, kuklaçı bu vizual gözəllik və estetikliyi tamaşaçıya kifayət qədər çatdırmağa nail ola bildimi? Belə ki, “Zoluşka” tamaşası 12 oktyabr tarixində Azərbaycan Dövlət Kukla Teatrının kiçik zalında nümayiş olunduğu halda, “Yatmış gözəl” tamaşasının nümayişi nədənsə böyük zalda nəzərdə tutulmuşdu. Tamaşa öncəsi oturacaqların dolması, hətta yeni oturacaqların əlavə olunması ümidlərimizi xeyli artırırdı. Lakin, bir müddətdən sonra tamaşaya uzaqlıq duyğusu tamaşaçıların tərk etməsinə səbəb oldu. Nə idi bu uzaqlıq duyğusu? Tamaşanın şirmasının səhnənin içərilərinə doğru qurulmasından tutmuş çox zəif işıqlandırmaya qədər bu tamaşanın kiçik səhnə üçün nəzərdə tutulduğu aydın idi. Abdulla Şaiq adına Kukla Teatrının böyük səhnəsinin 12-ci sırasında əyləşib marionet kukla tamaşasını görmək yox, sadəcə, dinləmək olar. Marionet kuklaların hər bir detalı incəliklə hazırlanır və xüsusi olaraq seçilir ki, bu da kuklalara daha təbii gözəllik və estetiklik bəxş edir. Bu səbəbdən seyirçinin marionet kukla tamaşasından zövq ala bilməsi üçün onu yaxından görməsi mütləqdir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...