CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində Çili dramaturqu və rejissoru Pablo Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin oxunuşu keçiriləcək. Layihə Çilinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
2023-cü ilin noyabr ayından başlayaraq CHARACTERS Festivalı çərçivəsində Azərbaycanda müasir dramaturgiyanın populyarlaşdırılması və inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilib. Əsas tədbir pyes müsabiqəsi olub, onun nəticələrinə əsasən qaliblər seçilib və 2024-cü ilin mart ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində pyes oxunuşları keçirilib. CHARACTERS müxtəlif məkanlarda Azərbaycan və xarici müəlliflərin müasir pyeslərinin oxunuş proqramını davam etdirir.
3 iyul 2024-cü il tarixində Kapellhaus səhnəsində “Barbarların yaşadığı yer” pyesinin oxunuşu Azərbaycan dilində təqdim olunacaq. Pyesinin ispan dilindən tərcüməsini İlahə Əkbər həyata keçirib, mətnin redaktoru şair və tərcüməçi Qismət Rüstəmovdur. Oxunuşun quruluş müəllifi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət YUĞ Teatrının rejissoru Tural Mustafayevdir. Oxunuşda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirlər.
Pablo Manzinin 2015-ci ildə yazdığı pyesi müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur. Tədbir başlamazdan əvvəl Çilinin Azərbaycandakı diplomatik missiyasının rəhbəri Cankarlo Alberti və CHARACTERS Müasir Dramaturgiya Festivalının kuratoru və təşkilatçısı İsmayıl İman çıxış edəcəklər. Oxunuşdan sonra yaradıcı heyətinin və tamaşaçıların iştirakı ilə müzakirə aparılacaq.
Tarix: 03.07.2024
Vaxt: 18:30
Məkan: Kapellhaus
Ünvan: Bakı, 28 May küç., 35
Giriş: sərbəstdir
Yaş həddi: 18+
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...