25 aprel 2025‑ci il tarixində Azərbaycan Dövlət YUĞ Teatrının səhnəsində CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan dilinə pyes tərcümələri müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə YUĞ Teatrının tamaşaçıları, münsiflər heyəti və üç qalib tərcümənin müəllifləri Aliyə Səmədova, Rəbiqə Nazimqızı və Jalə İsmayıl iştirak ediblər. Tərcüməçilərə müvafiq sertifikatlar təqdim olunub.
Xatırladaq ki, keçən ay açıqlanan nəticələrə görə, EURODRAM‑ın Azərbaycan komitəsinin üzvləri – teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov, Aliyə Dadaşova və rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev təqdim edilən işlər arasından qalib olaraq üç pyesin tərcüməsini seçiblər:
★ “Ata” (Le Père) Florian Zeller, fransız dilindən tərcümə edən Aliyə Səmədova;
★ “İllüziyalar” (Иллюзии) İvan Vırıpayev, rus dilindən tərcümə edən Rəbiqə Nazimqızı;
★ “Din müəllimi” (Profu' de religie) Mihaela Mikailov, rumın dilindən tərcümə edən Jalə İsmayıl.
CHARACTERS Festivalının kuratoru və EURODRAM‑ın Azərbaycan komitəsinin koordinatoru İsmayıl İman qeyd edib ki, bu cür müsabiqələr tərcüməçilər üçün əlavə stimul yaradır və dünya dramaturgiyasının Azərbaycan səhnəsinə yol açmasına kömək edir.
Qalib mətnlərdən iki pyes artıq YUĞ Teatrının repertuar planında yer alıb: Florian Zellerin “Ata” və İvan Vırıpayevin “İllüziyalar” pyesləri məhz Aliyə Səmədovanın və Rəbiqə Nazimqızının tərcümələrində səhnəyə qoyulacaq.
Müəllifin digər yazıları
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasın...
27 mart 2026-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Görkəmli sənət adamları...
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...