14–17 aprel 2026-cı il tarixlərində CHARACTERS Müasir Dramaturgiya Hərəkatı CHARACTERS 2026 pyes müsabiqəsinin qalibi olmuş üç pyesin festival oxunuşlarını keçirəcək.
CHARACTERS-in bədii rəhbəri, dramaturq İsmayıl İmanın sözlərinə görə, oxunuşların keçirilməsi bir neçə məqsədə xidmət edir. Bir tərəfdən, bu, qalib pyeslərin təqdim edilməsi və tamaşaçıların müasir dramaturgiya ilə tanış olması üçün bir imkandır. Digər tərəfdən isə oxunuşlar gələcək tamaşaların yaranması yolunda mühüm mərhələ kimi çıxış edir.
“Pyes ədəbi mətn kimi müstəqil mövcud ola bilər, lakin müsabiqənin əsas nəticəsi kimi biz yeni tamaşaların yaranmasını görmək istəyirik. Buna görə də ümid edirik ki, müsabiqənin və xüsusilə festival oxunuşlarının nəticəsi olaraq yeni səhnə işləri yaranacaq. Bu il biz klassik oxunuş formasından daha çox gələcək səhnə versiyasının potensialını görməyə imkan verən eskiz formatına üstünlük verdik”, — deyə İman bildirib.
Proqramda ümumilikdə üç pyes təqdim olunsa da, oxunuşların sayı dörd olacaq. Birinci yerə layiq görülmüş Jalə İsmayılın “Quyuda bitən qamışın monoloqu” pyesi iki dəfə təqdim ediləcək — festivalın açılış günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kiçik səhnəsində SABAH qrupunun tələbələrinin ifasında və bağlanış günündə Fluxus Space incəsənət qalereyasında CHARACTERS Teatrının təqdimatında. Festivalın digər məkanları sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Ritual Teatr və Yaradıcılıq Laboratoriyası da yer alır.
Festival proqramı:

14.04.2026 — 12:00
Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”
Rejissor: Ülvi Məmmədli (ADMİU-nun SABAH qrupunun və Teatr sənəti fakültəsinin tələbələrinin təqdimatında)
Məkan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ünvan: Bakı, İnşaatçılar prospekti, 39
Giriş: yalnız dəvətnamə ilə

15.04.2026 — 19:00
Abdulla Elşadlı “__”
Rejissor: Rəvan Hüseynzadə
Məkan: Ritual Teatr və Yaradıcılıq Laboratoriyası
Ünvan: Bakı, Vidadi küçəsi, 148
Giriş: sərbəstdir (zalın tutumu ilə məhdud)

16.04.2026 — 19:00
Hacı Səfərov “Eyay”
Rejissor: Şəbnəm Xeyrulla
Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı
Ünvan: Bakı, Bülbül prospekti, 30
Giriş: sərbəstdir (zalın tutumu ilə məhdud)

17.04.2026 — 19:00
Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”
Rejissor: Nigar Güləhmədova (CHARACTERS Teatrının təqdimatında)
Məkan: Fluxus Space incəsənət qalereyası
Ünvan: Bakı, 28 May küçəsi, 5
Giriş: sərbəstdir (zalın tutumu ilə məhdud)
İnformasiya dəstəyi: Teatro.az sənət portalı
Afişaların dizaynı: Rufana Mamedova
Müəllifin digər yazıları
14–17 aprel 2026-cı il tarixlərində CHARACTERS Müasir Dramaturgiya Hərəkatı CHARACTERS 2026 pyes müsabiqəsinin qalibi olmuş üç pyesin festival oxunuşlarını keçirəcək.
CHARACTERS-in bədii rəhbəri, dramaturq İsmayı...
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasın...
27 mart 2026-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Görkəmli sənət adamları...
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...