Bu gün, Milli Teatr Günündə CHARACTERS Müasir Dramaturgiya Festivalının qaliblərini elan edirik.
1-ci yer — Şəbnəm Xeyrulla “Arqon”
2-ci yer — Jalə İsmayıl “Göyərçin dimdiyində bir qəfəs küçə”
3-cü yer — Hacı Səfərov “Aysu və başqası”
Qalib gələn pyeslərin və daha üç müsabiqədənkənar pyesin oxunuşları 13, 14 və 15 mart 2024-cü il tarixlərində Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində keçiriləcək. Hər oxunuşdan sonra pyesin müzakirəsi nəzərdə tutulur.
Birinci yerə layiq görülmüş Şəbnəm Xeyrullanın “Arqon” pyesinin növbəti mövsümdə Azərbaycan Dövlət Yuğ Teatrında tamaşaya qoyulması planlaşdırılır.
Qaliblər siyahısından iki pyes təcrübəli dramaturqlar tərəfindən yazılmış (Jalə İsmayıl, Şəbnəm Xeyrulla), kinotənqidçi Hacı Səfərov üçün isə “Aysu və başqası” pyesi debüt əsəri olmuşdur.
Qalib gələn pyeslər forma və mövzu baxımından fərqlənsə də, onları məhvetmə motivi birləşdirir. Bu motivi həm fiziki, həm də şəxsi təcəssümdə insanın yox olmasında (“Arqon”), köhnə məhəllənin və adi həyat tərzinin dağılmasında (“Göyərçin dimdiyində bir qəfəs küçə”), bir ailənin və bütövlükdə ailə institutunun məhvində (“Aysu və başqası”) izləmək olar.
Ümid edirik ki, cəmiyyətimiz üçün aktual olan problemləri qaldıran yeni dramaturgiya Azərbaycan teatrına yeni nəfəs verən pyeslər təqdim edə biləcək.
İndi teatrımızın bu çağırışa cavab verməsi vacibdir. Bunun üçün ilk addım atılıb.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...