İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən CHARACTERS Müasir Dramaturgiya Festivalı davam edir.
Layihənin məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir. Əvvəllər heç vaxt pyes yazmamış müəllifləri tapmaq və onları dramaturgiyaya həvəsləndirmək, dramaturqlarla teatrlar, teatr ictimaiyyəti və tamaşaçılar arasında körpü yaratmaq da layihənin məqsədləri sırasındadır.
Festival təlimlər, müsabiqə, pyes oxunuşları və qalib pyes əsasında hazırlanmış tamaşadan ibarətdir. Festival çərçivəsində keçirilən pyes müsabiqəsinə 30 müəllifdən 40 pyes təqdim edilib. Müsabiqənin coğrafiyası isə 3 ölkəni (Azərbaycan, İran və Kanada) və 6 şəhəri (Bakı, Xırdalan, Mingəçevir, Ağstafa, Təkab (Tikantəpə) və Monreal) əhatə edib. Müsabiqəyə təcrübəli dramaturqlarla yanaşı, ilk pyeslərini yazanlar da müraciət edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri İsrafil İsrafilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, YUĞ Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev və ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti pyeslərlə tanış olub və qısa siyahını aşağıdakı kimi müəyyənləşdirib. Pyeslər jüriyə anonim şəkildə təqdim edilib.
Emin Əliyev “Pivə və biskvitlər”
Ülviyyə Heydərova “İfritələr”
Türkan Hüseyn “Yarımçıq hekayələrin kağızda əks olunmaları”
Şəbnəm Xeyrulla “Arqon”
Jalə İsmayıl “Ametist xanım və Apatit bəy”
Jalə İsmayıl “Göyərçin dimdiyində bir qəfəs küçə”
Elçin Məhərrəmli “Teatrın pişiyi Kotello”
Əli Sadiqi, Nəvid Əzimi “Çıxılmaz unutqanlıq”
Hacı Səfərov “Aysu və başqası”
(Qeyd: Müəlliflərin adları əlifba sırası ilə göstərilib)
Qalib pyeslərin adları 10 mart tarixində - Milli Teatr Günündə açıqlanacaq. Münsiflər heyətinin qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilmiş 3 qalib pyesin teatrallaşdırılmış oxunuşu həyata keçiriləcək. Pyes oxunuşları 13, 14, 15 mart tarixlərində saat 19.00-da R.Behbudov adına Mahnı Teatrında baş tutacaq.
Festival çərçivəsində qalib pyeslərlə yanaşı, müsabiqədənkənar proqramda peşəkar müəlliflərin əsərləri əsasında hazırlanmış pyes oxunuşları da tamaşaçılara təqdim ediləcək. Florian Zellerin “Ata” (rejissor Tural Mustafayev), İvan Vırıpayevin “İllüziyalar” (rejissor Mikayıl Mikayılov) və İsmayıl İmanın “Əziz ata” pyeslərinin oxunuşları müvafiq olaraq, 13, 14 və 15 mart tarixlərində saat 20.30-da keçiriləcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...