CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müddətini 15 fevral 2026-cı il tarixinədək uzadır.
Müddətin uzadılması barədə festivalın kuratoru, dramaturq İsmayıl İman məlumat verib. Onun sözlərinə görə, əlavə iki həftə artıq başlanmış mətni tamamlamaq və ya hətta yeni bir pyesi sıfırdan yazmaq üçün kifayət qədər vaxtdır. “İki il əvvəl müsabiqəyə 40 pyes təqdim olunmuşdu, bu, uzun müddət ərzində toplanmış xeyli sayda mətn idi. Bu dəfə müraciətlərin sayı xeyli azdır və bu, gözləniləndir: teatrlar hələ də müasir dramaturgiyaya ehtiyatla yanaşır, materialların keyfiyyəti isə hər zaman tələb olunan səviyyəyə cavab vermir. Buna baxmayaraq, mən hesab edirəm ki, bu prosesi dəstəkləmək və aktual pyeslərin yaradılmasını və yayılmasını stimullaşdırmaq vacibdir,” – deyə İsmayıl İman bildirib.
Xatırladaq ki, 2024-cü ildə CHARACTERS Festivalı çərçivəsində keçirilən müsabiqədə Şəbnəm Xeyrullanın “Arqon” pyesi qalib seçilmiş və daha sonra bu əsər ölkənin bir neçə teatrında tamaşaya qoyulmuşdur.
2026-cı il Azərbaycan pyesləri müsabiqəsinə son beş il ərzində 18–50 yaş arası olan dramaturqlar tərəfindən yazılmış pyeslər qəbul olunur. Müsabiqənin münsiflər heyətinə teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov, Aliyə Dadaşova, həmçinin rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev daxildir. Üç qalibin adı 10 mart – Milli Teatr Günündə elan ediləcək.
CHARACTERS Müasir Dramaturgiya Festivalı
çərçivəsində keçirilən dramaturgiya müsabiqəsinin
QAYDALARI
1. Dramaturgiya müsabiqəsi
1.1. Dramaturgiya müsabiqəsi CHARACTERS Müasir Dramaturgiya Festivalının bir hissəsidir.
1.2. Müsabiqə çərçivəsində pyes qəbulu elan olunur, qəbulun nəticəsi kimi Münsiflər heyəti uzun siyahı, qısa siyahı və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) seçəcək.
1.3. Uzun siyahının və qısa siyahının mövcudluğu təqdim olunan pyeslərin sayından və təqdim olunan materialların keyfiyyətindən asılıdır.
1.4. Birinci, ikinci və üçüncü yerlərin qalibi olan pyes müəlliflərinə festivalın sertifikatları veriləcək.
1.5. Birinci, ikinci və üçüncü yerləri tutan pyeslər quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.
2. Müəlliflər və pyeslər
2.1. Müsabiqədə yaşadığı şəhər və ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflərin iştirakına icazə verilir.
2.2. Pyeslərin dili — Azərbaycan dilidir.
2.3. Müəlliflərin yaş həddi — 18 yaşdan 50 yaşa qədərdir.
2.4. Müsabiqədə müraciət zamanı peşəkar teatr səhnəsində qoyulmayan və son beş ildə yazılmış pyeslərin iştirakına icazə verilir.
2.5. Müsabiqədə eyni müəllifin üçdən çox pyesi iştirak edə bilməz.
2.6. Başqa müəllifin nəsr əsəri əsasında səhnələşdirilmiş pyeslər müsabiqəyə qəbul olunmur.
2.7. İbtidai və orta məktəb yaşlı uşaqlar üçün pyeslər nəzərə alınmır.
2.8. Əvvəlki illərdə müsabiqəyə təqdim edilmiş pyeslər nəzərə alınmır.
2.9. Tədqim olunan pyeslərə mövzu və janr məhdudiyyəti qoyulmur.
2.10. Təqdim olunan pyeslər rəy və ya resenziyadan keçmirlər.
3. Müddət
3.1. Pyeslər 15 fevral 2026-cı il tarixinədək yalnız elektron formatda (pdf, doc, yaxud docx formatlarında) characters.drama@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
3.2. Məktubda müəllif haqqında aşağıdakı məlumatlar qeyd olunmalıdır: ad və soyad; doğum tarixi; yaşayış yeri; təhsili; peşəsi; pyesin yazılma ili; əlaqə məlumatları – telefon nömrəsi və elektron poçt ünvanı. Bu məlumatlar göstərilmədiyi halda, pyeslər müsabiqəyə qəbul edilməyəcək.
3.3. Müsabiqənin və ümumiyyətlə, festivalın şərtləri və mərhələləri dəyişə bilər. Bütün dəyişikliklər barədə mediada və festivalın sosial şəbəkə hesablarında (@characters.az Instagram səhifəsi) məlumat yerləşdiriləcək.
Müəllifin digər yazıları
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...
Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tari...
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...