Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatıdır.
Layihənin məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir. Əvvəllər heç vaxt pyes yazmamış müəllifləri tapmaq və onları dramaturgiyaya həvəsləndirmək də layihənin məqsədləri sırasındadır. Festival dramaturqlarla teatrlar, teatr ictimaiyyəti və tamaşaçılar arasında körpü yarada, tamaşaçıların yeni məzmuna olan ehtiyacının ödənilməsinə fayda verə bilər.
Festival təlimlər, müsabiqə, pyes oxunuşları və qalib pyes əsasında hazırlanmış tamaşadan ibarətdir. Festival çərçivəsində ilk mərhələ 18-50 yaş arası dramaturqların son 5 il ərzində yazdığı pyeslərdən ibarət dramaturgiya müsabiqəsidir. Müsabiqəyə qəbul edilən pyeslər Azərbaycanın tanınmış rejissorları, teatrşünasları və teatr tənqidçilərindən ibarət jüri tərəfindən oxunaraq qiymətləndiriləcək. Qalib gələn pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq. Birinci yerin qalibi olan pyes festivalın tərəfdaşı YUĞ Dövlət Teatrının səhnəsində tamaşaya qoyulacaq.
Qeyd: CHARACTERS Müasir Dramaturgiya Festivalının qaydalarında bir sıra dəyişikliklər olunub.
1. Dramaturgiya müsabiqəsi
1.1. Dramaturgiya müsabiqəsi CHARACTERS Müasir Dramaturgiya Festivalının bir hissəsidir.
1.2. Müsabiqə çərçivəsində pyes qəbulu elan olunur, qəbulun nəticəsi kimi Münsiflər heyəti uzun siyahı, qısa siyahı və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) seçəcək.
1.3. Uzun siyahının və qısa siyahının mövcudluğu təqdim olunan pyeslərin sayından və təqdim olunan materialların keyfiyyətindən asılıdır.
1.4. Birinci, ikinci və üçüncü yerləri tutan pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.
1.5. Birinci, ikinci və üçüncü yerlərin qalibi olan pyes müəlliflərinə festivalın sertifikatları veriləcək.
1.6. Birinci yeri tutan pyes festivalın tərəfdaşı Azərbaycan Dövlət YUĞ Teatrının səhnəsində tamaşaya qoyulacaq.
2. Müəlliflər və pyeslər
2.1. Müsabiqədə yaşadığı şəhər və ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflərin iştirakına icazə verilir.
2.2. Pyeslərin dili — Azərbaycan dilidir.
2.3. Müəlliflərin yaş həddi — 18 yaşdan 50 yaşa qədərdir.
2.4. Müsabiqədə əvvəllər peşəkar səhnədə qoyulmayan və son beş ildə yazılmış pyeslərin iştirakına icazə verilir.
2.5. Müsabiqədə eyni müəllifin üçdən çox pyesi iştirak edə bilməz.
2.6. Başqa müəllifin nəsr əsəri əsasında səhnələşdirilmiş pyeslər müsabiqəyə qəbul olunmur.
2.7. İbtidai və orta məktəb yaşlı uşaqlar üçün pyeslər nəzərə alınmır.
2.8. Tədqim olunan pyeslərə mövzu və janr məhdudiyyəti qoyulmur.
2.9. Tədqim olunan pyeslərə həcm məhdudiyyəti qoyulmur.
2.10. Təqdim olunan pyeslər rəy və ya resenziyadan keçmirlər.
3. Müddət
3.1. Pyeslər 15 fevral 2024-cü il tarixinədək yalnız elektron formatda (pdf, doc, yaxud docx formatlarında) characters.drama@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
3.2. Müsabiqəyə təqdim olunan pyeslər qeydiyyat forması ilə müşayiət olunmalıdır. Qeydiyyat forması olmadan pyeslər müsabiqəyə qəbul edilmir.
QEYDİYYAT FORMASI (yükləmək üçün tıklayın)
3.3. Müsabiqənin və ümumiyyətlə, festivalın şərtləri və mərhələləri dəyişə bilər. Bütün dəyişikliklər barədə mediada və festivalın sosial şəbəkə hesablarında (@characters.az Instagram səhifəsi) məlumat yerləşdiriləcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...