Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə CHARACTERS Müasir Dramaturgiya Festivalı 10–12 iyun 2025-ci il tarixlərində Bakıda yerləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək xüsusi “CHARACTERS Britaniya dramaturgiyasını təqdim edir” adlı proqramı elan edir.
Layihəyə tanınmış britaniyalı dramaturq Rori Mullarki tərəfindən aparılacaq üçgünlük dramaturgiya təlimi və müasir Britaniya dramaturgiyasından Azərbaycan dilinə tərcümə olunmuş üç pyesin oxunuşu daxildir. Bütün tədbirlərdə iştirak ödənişsizdir, lakin öncədən qeydiyyat mütləqdir.
Rori Mullarki – mükafatlı dramaturq, libretto müəllifi və tərcüməçidir. Onun əsərləri Britaniyanın və dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulub. Onun Bakıya səfəri Azərbaycan teatr icması üçün çağdaş Britaniya dramaturgiyasının dili, strukturu və tematikası ilə birbaşa tanış olmaq baxımından unikal fürsət yaradır.
Proqram Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
CHARACTERS Festivalının kuratoru İsmayıl İman qeyd edir: “Xarici müəlliflərlə – xüsusilə də britaniyalı dramaturqlarla təcrübə mübadiləsi bizim dramaturqlar – istər yeni başlayanlar, istərsə də təcrübəli qələm sahibləri üçün son dərəcə dəyərli ola bilər. Bu, teatra, onun formalarına və ifadə vasitələrinə yenidən nəzər salmaq, həmçinin onun bu gün necə görünə biləcəyini və tamaşaçı ilə hansı səslə danışa biləcəyini araşdırmaq üçün bir fürsətdir”.
Proqramda aşağıdakı pyeslər təqdim olunacaq:
- Rori Mullarki “Xırmanda” – dərinləşən sinfi uçurumlar və tanış dünyanın dağılması fonunda böyümə hekayəsi.
- Zinni Harris “Sübh çağı görüşək” – itkini, yaddaşı və artıq gec olduğu anlarda belə yaxın insanla danışmağa duyulan ehtiyacı araşdıran ikinəfərlik zərif və emosional pyes.
- Rori Mullarki “Turizm” – mədəni fərqlər, yad məkanda azmaq və ümumi məna axtarışına dair kəskin ironiyalı pyes.
Gün ərzində, monoloq, dialoq və hekayə quruluşu kimi əsas dramaturji elementlərə fokuslanan “Dramaturgiyaya giriş” adlı təlimlər keçiriləcək, pyes oxunuşları isə hər axşam baş tutacaq.
Tədbirin tam proqramı aşağıda təqdim olunur.

Proqram:
10.06.2025, çərşənbə axşamı
12:00–14:00 — Rori Mullarki ilə “Dramaturgiyaya giriş”
Qeydiyyat linki: https://forms.gle/9qMiAsYGsNZZj1D19
GÜN 1: MONOLOQ. Monoloqu ifadəli edən nədir? Bir iştirakçı üçün dramatik mətn necə yazılır? Qrup iştirakçıları öz tərcümeyi-hallarından və ətraf mühitdən ilhamlanaraq yeni mətn üzərində işləyəcəklər.
14:00–15:00 — Fasilə
15:00–18:00 — “Dramaturgiyaya giriş”. GÜN 1: MONOLOQ (davamı)
18:00–19:00 — Fasilə
19:00 — Rori Mullarkinin “Xırmanda” pyesinin oxunuşu və müzakirəsi
Qeydiyyat linki: https://forms.gle/pLbvdPjguR3GtRTa7

11.06.2025, çərşənbə
11:00–14:00 — Rori Mullarki ilə “Dramaturgiyaya giriş”
GÜN 2: DİALOQ. Dialoqu canlı edən nədir? Hansı dialoq üslubları mövcuddur? Nitq və pauzanın birləşməsindən təsirli səhnə yaratmaq üçün necə istifadə etmək olar? Hadisələrin inkişafı, tamaşaçının təəccübləndirilməsi və sevindirilməsi üçün remarkalardan necə istifadə edə bilərik? İştirakçılar bu suallar əsasında müxtəlif bacarıqları inkişaf etdirəcək və yeni bir dramatik səhnə üzərində işləyəcəklər.
14:00–15:00 — Fasilə
15:00–18:00 — “Dramaturgiyaya giriş”. GÜN 2: DİALOQ (davamı)
18:00–19:00 — Fasilə
19:00 — Zinni Harrisin “Sübh çağı görüşək” pyesinin oxunuşu və müzakirəsi
Qeydiyyat linki: https://forms.gle/d9mw9tECb2ba8WaF9

12.06.2025, cümə axşamı
11:00–14:00 — Rori Mullarki ilə “Dramaturgiyaya giriş”
GÜN 3: HEKAYƏ. Bugünkü dünyanın ən önəmli sualları hansılardır? 2025-ci ildə insan olmağın mənasını açmaq üçün hansı hekayələri danışmalıyıq? Qrup iştirakçıları yeni pyes planı yaratmaq üçün hekayə quruluşu, janr və üslub üzərində işləyəcək.
14:00–15:00 — Fasilə
15:00–18:00 — “Dramaturgiyaya giriş”. GÜN 3: HEKAYƏ (davamı)
18:00–19:00 — Fasilə
19:00 — Rori Mullarkinin “Turizm” pyesinin oxunuşu və müzakirəsi
Qeydiyyat linki: https://forms.gle/SLcNVUeGzjJXgEQN9
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...