10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçirilən müsabiqənin yekun nəticələrini açıqlayıb.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq doktoru, dosent Elçin Cəfərov, YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev və ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti CHARACTERS 2026 dramaturgiya müsabiqəsinin üç qalibini müəyyən edib:
1-ci yer – Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”
2-ci yer – Abdulla Elşadlı “_”
3-cü yer – Hacı Səfərov “Eyay”
Bu ilin qalibi dramaturq Jalə İsmayıl əvvəlki CHARACTERS pyes müsabiqəsində ikinci yeri tutmuşdu. Bundan əlavə, CHARACTERS tərəfindən 2025-ci ildə keçirilmiş pyes tərcümələri müsabiqəsində o, rumın dramaturqu Mihaela Mikailovun “Din müəllimi” pyesinin tərcüməsinə görə üçüncü yerə layiq görülmüşdü.
Teatr rejissoru Abdulla Elşadlı müsabiqədə ilk dəfə iştirak edərək ikinci yerə layiq görülüb. Daha çox kinotənqidçi kimi tanınan Hacı Səfərov isə iki il əvvəlki nəticəsini təkrarlayaraq yenidən üçüncü yeri tutub.
Xatırladaq ki, pyeslərin qəbulu 1 noyabr 2025-ci ildən 15 fevral 2026-cı ilədək davam edib. Müsabiqəyə 3 ölkə və 7 şəhərdən 17 müəllif tərəfindən təqdim olunmuş 27 pyes qəbul edilib. Qalib pyeslər Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq.
CHARACTERS Müasir Dram Hərəkatının bədii rəhbəri İsmayıl İmanın sözlərinə görə, dramaturgiya müsabiqəsinin hər iki ildən bir keçirilməsi planlaşdırılır.
Qaliblərin sertifikatlarla təltif olunması 2026-cı ilin aprel ayında baş tutacaq.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...