CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayıb.
CHARACTERS bədii rəhbəri, dramaturq İsmayıl İman müsabiqənin əhəmiyyəti barədə belə deyib: “Bu müsabiqə artıq ikinci dəfə keçirilir və biz müasir Azərbaycan dramaturgiyasında müəyyən tendensiyaları, eləcə də onun mümkün inkişaf istiqamətlərini müşahidə edə bilirik. 2023-cü ildən bəri CHARACTERS özü də transformasiya olunub — bu gün o, festivalı, dramaturgiya müsabiqəsini və öz tamaşaları olan teatrı birləşdirən bir hərəkatdır.”
Pyeslərin qəbulu 1 noyabr 2025-ci ildən 15 fevral 2026-cı ilədək davam edib. Müsabiqəyə 17 müəllifdən 27 pyes qəbul olunub. Daha 3 pyes müsabiqə şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Müsabiqənin coğrafiyası 3 ölkəni və 7 şəhəri əhatə edib — Bakı və Gəncədən tutmuş London və Madridədək. Müəllifləri düşündürən mövzular arasında 44 günlük Vətən müharibəsi, süni intellekt, qaçış və evə qayıdış, nəsillərarası münaqişə, insan təbiətinin duallığı, yaddaş və unudulmuş xatirələr kimi istiqamətlər diqqəti cəlb edir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq doktoru, dosent Elçin Cəfərov, YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti pyeslərlə tanış olub və qısa siyahını müəyyənləşdirib.
CHARACTERS 2026 dramaturgiya müsabiqəsinin qısa siyahısına 7 pyes daxil edilib (müəlliflər əlifba sırası ilə göstərilib):
- Abdulla Elşadlı “Çivinlər”
- Abdulla Elşadlı “_”
- Şəbnəm Xeyrulla “Saat piri”
- Jalə İsmayıl “Kasablanka sakinləri”
- Jalə İsmayıl “Qladiator döyüşü”
- Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”
- Hacı Səfərov “Eyay”
Münsiflər heyətinin üzvü Elçin Cəfərov qeyd edib: “Maraqlıdır ki, qısa siyahıda cəmi 4 müəllif yer alıb. Onlardan üçü 2024-cü ildə müsabiqənin qısa siyahısına düşmüşdü. Bu müəlliflərin sabitliyi sevindiricidir, lakin məncə, yeni adlara da hər zaman ehtiyac var.”
Müsabiqənin qalibi olan üç pyesin adı 10 mart - Milli Teatr Günündə elan olunacaq.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...