Sənət sahəsi və sənətçi nə qədər azad olsa da onun ictimai proseslərdən ayrılması qeyri-mümkündür. Dünyada baş verən istənilən hərbi, tibbi, siyasi böhran həmişə sənət sahələrinə də öz təsirini göstərir. Xüsusən də kinoya. Ciddi maliyyə problemlərinin olduğu çağlarda kino daha çox əziyyət çəkir.
Vaqif Mustafayevin 2004-cü ildə ekranlara çıxan “Milli bomba” filmində qoyulan proplem də kinonun ictimai təbədüllatlı proseslər fonunda böhranıdır. Ömrünün qırx ilini kinoya həsr edən montajçı (Avtandil Maxadze) haqqında televziyada maraqlanır və onun haqqında veriliş çəkmək istəyirlər. Montajçı atasını gənc yaşında itirib. Bu səbəbdən həmişə ağlar vəziyyətdə olan anası ağıcılıq edir. Onun atası duz gölündə bataraq həlak olub. Rejissor V.Mustafayevin “Hər şey yaxşılığa doğru“ filmində erməni cənazəsi də sonda duz gölünə gətirilir. Bununla rejissor bu filmində də duz gölü motivini davam etdirir... 90-cı illərdə baş verən hadisələrin acılığını bununla əks etdirməyə çalışır.
Montajçının oğlunun (Arzu Hüseynov) başına isə tragikomik bir ideya gəlir. O, yalnız öz xalqımızı məhv edən bomba icad etmək planını qarşısına məqsəd kimi qoyur. Bu başlanğıc tamaşaçını əvvəlcə acıqlı bir marağa sövq edir. Montajçı bu bombanın öz başımızda partlaması nəticəsində heç bir qonşumuza, xüsusən Ermənistana heç bir mənfi təsirinin olmayacağını xüsusi vurğulayır. O, öz fikrini belə əsaslandırır ki, əgər bizim özümüz üçün hazırladığımız bomba ermənilərə ziyan versə dünya ictimaiyyəti bizi qınayacaq. Bu, beynəlxalq aləmin 90-cı illərdə ölkəmizə qarşı qərəzli olması faktına rejissorun ironik münasibətinin ifadəsidir.
Uzun illər ömrünü kinoya həsr etmiş montajçı işindən azad edilir. Kinostudiyanın şərti rəhbərinin faşist geymində olması SSRİ-nin süqutunun simvolik göstərisidir. Ümumiyyətlə, simvolika bu filmdə çox işlənir. Bu ədalətsizliyə - işdən azad olunduğuna görə onlar şəhərin mərkəzindəki evlərini satıb köçməli olurlar. Rusdilli olan bu ailənin mərkəzdəki evlərinə azaərbaycandilli ailənin yerləşməsi dövrün sosioloji reallığını əks etdrir. Əbdülqəninin (Yaşar Nuri) rəqqas atasının “şəhərin mərkəzindən uzaqlaşmışıq” ifadəsi anadilli əhalinin sovet rejimində mərkəzdən kənarda qalmasına bir göndərmədir.
Dəbdəbəli evdən 13 nömrəli köhnə təmirsiz evə köçən ailənin çətin günləri başlayır. Montajçının oğlu bu zaman hazırladığı milli bomba üçün vacib elementin pulunu tapmır. Bununla, düyün bir qədər açılmağa başlayır. Milli bomba təyinindəki şərtilik aydın olur. Bu epizod artıq tam müstəqil yaşamaq iradəsinin ortaya qoyulması mesajını özündə daşıyır. Qonşunun “Rusiyadan soyuq külək gələcək” kəlməsinə montajçının oğlunun reaksiyası - ulu babasının şəklini möhkəm yerə asması isə 1937-ci il faciələrinə bir işarədir. Çünki onun əcdadı bəy nəslindəndir. Montajçının öz oğluna bomba üçün əlli min dollar ayırması isə filmdəki mövzunun həllinə cəhd kimi görünür. Lakin davamlılıq baxımdan bu xətt işləmir.
Özünü öldürmək üçün çaya atan rejissor Məmməd (Əjdər Həmidov) isə suyun quruması nəticəsində sağ qalır. Burada da bir rəmzilik var. İctimai münasibətilərin kəskin dəyişdiyitoplumda hər şey qurumuş kimidir. O, yeni mənzilə pul iyinə gəlsə də artıq gecikmiş olur. Lakin ümid sonda öldüyündən montajçı təzə ev sahibi Əbdülqənidən pul almaq üçün köhnə evinə gəlir. Bəlli olur ki, pulların ancaq Əbdülqənin atasının ölümündən sonra əldə etmək mümkündür. Bu zaman onlar Bakıdakı binaların damıyla sinoqoqun damının üstünə çıxırlar. Rejissor burada neorealist metoddan istifadə edir. Müharibə dövründə şəhər mənzərələri İtaliya, Fransa filmlərində belə əks olunurdu. Əbdülqəni dünya kapitalının əksər hissəsini əlində toplamış yəhudilərdən kinomuzu gücləndirmək üçün pul istəyir. Yəhudilərin susması milli kinomuzu öz kapitalımız hesabına gücləndirmək ideyasını ortaya qoyur. Bu zaman Əbdülqəninin “əsas fikirdir, konsepsiyadır” mülahizəsi söyləməsi montajçı və Məmmədə istiqamət verir. Onlar xəyalən montajla məşğul olurlar. Burada kinonu sevməyin, onun uğrunda fədakarlıq eləməyin lazım olduğu ideyası irəli sürülür.
Kinonun düşdüyü böhrandan çıxarmaq istiqaməti evlilik xəttiylə üst-üstə düşür. Montajçının oğlu Əbdülqənin qızı ilə evlənir. Bu zaman elçilik səhnəsi postmodern biçimdə qurulur. Adət-ənənənin əksinə olaraq qız evi oğlan evinə elçiliyə gəlir. Bu evlilik Əbdülqənigilin pullarının kinoya xərclənməsinə səbəb ola bilər.
Montajçının radio ilə çıxış eləmək imkanı yaranır. Bu zaman əsib-doşan qəhrəman ona haqsızlıq edənləri ifşa edəcəyini desə də radioda o oynamağa başlayır. Sənət xadiminin haqsızlıq qarşısında psixikasının pozulması bu epizoddan bəlli olur. Daha sonra Məmməd bundan qəzəblənərək inqilab edəcəyini deyir. Əlinə qırmızı oraq-çəkic bayrağını olan rejissora qoca montajçı mane olur. Məmməd bu zaman əlibayraqlı montajçını saqqalına görə Marksa bənzətməsi onu özündən çıxarır. Onun saqqalını qırxıb bığ saxlayaraq özünü bəy olmuş babasına oxşatması, keçmiş sosial rütbə amilini qabardır. Bununla montajçı obrazının yeni milli keyfiyyəti ortaya çıxır.
Əbdülqəninin atası tanıdığı Knarik Köçəryanı televizorda görür. Orada ermənilərin bütün dünyada olduqları mesajı verilir. Vaxtı ilə Bakıda yaşayan, indi Argentinaya köçən erməni qadın Bakını unudur. Bundan sonra qoca rəqqasın halı pisləşir. Sayıqlayan vaxt Fioletov söyləyəndə Əbdülqəninin “o, yuxuda 26 Bakı komissarının işini araşdırır” deməsi siyasi faciələrin insan psixikasına vurduğu zərbənin əyani göstəricisi kimi görünür. Həmçinin əsrin əvvlindəki və sonundakı erməni işğalının bağlılığı göstərilir. Həkiminin toy qabağı Əbdülqəninin atasına səkkiz gün vaxt qoyması toyla bağlı dillema yaradır. Lakin onun sağ qalması toyun baş tutmasına səbəb olur. Əbdülqəninin atasının toy zamanı ayağa qalxıb oynaması xəstəliyə qalib gəlməyin göstəricisi kimi görünür. Lakin onun ölümü bu qələbəni yarımçıq edir. Həm də toy və yas mərasimlərinin bir-birinə qarışması səhnəsi Vaqif Mustafayevin əvvəlki işi olan “Yerlə göy arasında” filmindəki estetikanın davamı kimi baxılır. Burada da elçilik mərasimdə olduğu kimi milli adətlərə postmodern münasibətin şahidi oluruq.
Atasının ölümündən sonra Əbdülqəni sözünü tutaraq çamadandakı pulların kinoya xərclənəcəyini deməsi milli burjuaziyanın mədəniyyətin inkişafında danılmaz rolunu təsdiq edir. Lakin köhnə dönəmdən qalan kinostudiyanın direktorunun faşistlər kimi heykəltəraşın planını yandırması görüləcək işi yarımçıq buraxır. Yuxarıda qeyd etdiyimiz yarımçıq qələbə motivi burada da özünü göstərir.
Montajçının oğlunun bombanı öz xalqımız üzərində partlatmaq istəyinə isə dünya ictimaiyyəti qarşı çıxır. Bu zaman montajçının “Deməli biz hələ də kiməsə lazımıq” deməsi Azərbaycanın qlobal əhəmiyyət daşıdığı ideyasını təsdiqləyir. Film xalqla bağlı pozitiv mesajını verərək tamamlanır.
Yazardan aid digər yazılar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında 1 və 14 oktyabr tarixlərində saat 19:00-da dahi rus bəstəkar Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının premyerası...
Gəncə Dövlət Dram Teatrı Tural Vaqifoğlunun quruluş verdiyi E. İoneskonun "Kral ölür" tamaşası ilə bu ilin oktyabr ayında Türkiyə Cümhuriyyətində keçiriləcək iki möhtəşəm Beynəlxalq Teatr festivalına dəv...
Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov Azərbaycanı Budapeştdə keçirilən 10-cu MITEM Beynəlxalq teatr ...
21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürc&...
ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi, Teatro.az sənət portalının müəllifi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq gör&uu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
17 sentyabr — M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, saat 19:00
21 sentyabr — Q.Çoxeli “Küknarlara məktub” (A.M.Şərifzadə səhnəsi),...
Görkəmli rejissor, aktyor, pedaqoq və nəzəriyyəçi, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor, Vaxtanqov teatrının yaradıcılarından biri, yarım əsr Şukin məktəbinə rəhbərlik etmiş Boris Yevgenyeviç Zaxavanın "Vax...
Специально для Дискурса критик Эмилия Деменцова поговорила с автором метода спонтанной игры, создателем азербайджанского театра dOM Тарланом Расуловым о сути профессии и самосохранении в ней. Почему форма спектакля важнее содержания? Из-за чег...
Исмаил Иман: Произведение должно продолжать жить на сцене
В рамках образовательной программы фестиваля «Любимовка» в Бакинском театре марионеток прошло панельное обсуждение на тему «Современная драматургия в Азербайджане: где она...
Onun haqqında yazmağı lap çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.
Akademik Teatrın repertuarındakı bir çox fundamental səhnə...