Yaxın keçmişimiz tarixə döndükcə “millət”, “xalq”, “mədəniyyət” kimi məfhumların ifadə etdikləri mənalar, adlar və hadisələr zamanın sınağına çəkilir.
Əsrin tanıdığı belə adlardan biri həyatı, sənəti anladığı vaxtlardan Azərbaycan sənətşünaslığı və ədəbiyyatşünaslığının inkişafı üçün çalışan, titanik zəhmət hesabına milli estetik fikri irəli aparan görkəmli alim, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Haşım oğlu Cəfərovdur.
C.Cəfərov yaşadığı 60 ilə yetməyən ömrünün dörd onillik qədər geniş bir dövrünü milli ədəbiyyat və sənətin yüksəlişinə həsr etmiş, 30-60-cı illər kimi tarixin mürəkkəb, keşməkeşli, həmçinin də çox dəyərli və məhsuldar bir mərhələsində indi çox obrazlı səslənən "qələmini sünguyə çevirib" ifadəsinin məna tutumuna uyğun bir mübarizliklə yazıb yaratmışdır.
Böyük mütəfəkkir M.F.Axundov irsinin yeni dövrdə tədqiq və təhlilləri, milli teatr tarixinin elmi konsepsiyası, digər tərəfdən, yenə ilk dəfə olaraq milli estetik fikrin elmi-nəzəri cəhətdən, bir elm sahəsi kimi təkmilləşdirilməsi, dəyərli əsərlərlə zənginləşdirilməsi məhz Cəfər Cəfərovun adı ilə bağlıdır.
Təsadüfi deyil ki, Cəfər Cəfərov sənətkarlığı və şəxsiyyətinə yaxşı bələd olanlar onu fenomen adlandırırlar. Əslində, elmin qabaqcıl tələblərinə bağlı olub, sənətkarlardan, yaradıcı adamdan bütün fəaliyyəti boyu yüksək peşəkarlıq, sənətkarlıq, sənətkarlıqda isə ən əsas meyar kimi müasirlik, yenilik, novatorluq tələb edən, bu estetik idealı sonsuz enerji və məhəbbətlə ömrünün sonuna kimi qoruyub müdafiə edən, özünə, elmi qədər aydın şəxsiyyətinə sadiq olan Cəfər Cəfərov, həqiqətən də, müasirləri arasında həmişə seçilmiş, hətta müəyyən ömür və sənət mərhələlərində xarakterik təklik – “təklənmə” vəziyyətində olmuş, bununla da fenomenal bənzərsizliyini təsdiq etmişdir.
Cəfər Cəfərovu məşğul olduğu ədəbiyyatşünaslıq və ədəbi tənqid sahələrindəki fəaliyyətinə görə də fenomen adlandırmaq olar, bu yaradıcılıqdan heç də məhdud olmayan, əksinə, bir az daha artıq şaxəli, qollu-budaqlı olan sənətşünaslıq, teatr tarixi, tənqidi və nəzəriyyəsi sahəsindəki xidmətlərinə görə də. Əsas odur ki, Cəfər Cəfərov bir bölünməz enerji və həvəs, elmi məsuliyyət və ciddiyyətlə çalışmış, bu adı, təyinatı qazanmışdır.
Yüksək eridusiyaya malik, analitik düşüncə sahibi olan Cəfər Cəfərovun yaradıcılığı və adı qarşısında tərəddüdsüz və ani olaraq düşünülən bir cəhət onun sənət məramı və amalıdır. Alimin estetik idealı olan müasirlik isə bir güclü işıq seli kimi onun bütün irsinə işıq saçır. Cəfər Cəfərov klassik irsin tədqiqində də müasirlik prizmasından çıxış edir, müasir ədəbi-sənət prosesinin təhlilində də. Onun üçün “heç solmayan ənənə müasirlikdir”. Bəlkə də, Cəfər Cəfərovu klassikanı öyrənməyə, tədqiq və təhlil etməyə də çağıran məhz səngiməyən müasirlik eşqi, əsl sənət yeniliyidir.
Cəvahir Əliyeva
ADMİU-nun magistrı
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...