Azərbaycan milli teatrşünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərovun “Azərbaycan teatrı” monoqrafiyası latın qrafikası ilə nəşr olunub.
Azərbaycan teatrının 1873-1973-cü illər ərzində yüz illik tarixinin geniş, müfəssəl elmi mənzərəsini yaradan “Azərbaycan teatrı” fundamental tədqiqatı milli teatrşünaslığımızın inkişafında mühüm rol oynayıb. Əsər ilk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatrımızın 100 illiyi münasibəti ilə “Azərnəşr”də çap edilib. Çap olunduğu gündən teatrsevərlərin masaüstü kitabına çevrilən, tədqiqatçıların ən çox istinad etdiyi “Azərbaycan teatrı” əsəri nəşrindən əlli ilə yaxın ötməsinə baxmayaraq bu gün də öz aktuallığını itirməyib, elmi-təcrübi dəyərini və əhəmiyyətini qoruyub saxlayıb. Kitabın latın qrafikası ilə yenidən nəşr edilməsi zərurəti də buradan yaranıb.
“Azərbaycan teatrı” əsəri çapa kitabın tərtibçisi, redaktoru və əlavələrin müəllifi görkəmli alim, professor Yaşar Qarayevin olduğu 1974-cü il nəşri əsasında AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb. Latın qrafikalı nəşrin məsul redaktoru, həmin şöbənin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur. 
Kitabın annotasiyasında qeyd olunduğu kimi, bu gündən baxanda, sözsüz ki, sosializm realizmi cərəyanının hakim kəsildiyi sovet cəmiyyətində və dövründə yazılmış bir əsər kimi Cəfər Cəfərovun “Azərbaycan teatrı” monoqrafiyası da zamanının izlərini, müəyyən ideoloji xətaları özündə daşıyır. Lakin bu da xalqımızın, milli mədəniyyətimizin, o cümlədən, teatr və teatrşünaslığımızın keçdiyi yolun, yaşadığı tarixin bir parçası olaraq bizə məxsusdur. Bu baxımdan, kitabın yeni nəşrində müəllifin indiki dövrlə səsləşməyən fikirlərinə belə toxunulmamış, əsərin strukturu, dili, üslubu və terminologiyası qorunub saxlanmış, yalnız bəzi ifadə və faktlarla bağlı müəyyən izahlar verilmişdir. 
10 mart Milli Teatr Günü ərəfəsində “Zərdabi Nəşr”də işıq üzü görən kitab Azərbaycan peşəkar teatrının 150 illik yubileyinə həsr olunub.
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...