TEATRO

TEATRO

sənət portalı

post-title

“Cavidin dramaturgiyasında türkçülük-turançılıq prinsipləri” kitabı işıq üzü görüb

Sənətşünaslıq üzrə fəlsəfə dokdoru Məsməxanım Qubadovanın “Cavid dramaturgiyasında türkçülük-turançılıq prinsipləri” (Əli bəy Hüseynzadənin bədii-fəlsəfi fikir müstəvisində) adlı yeni monoqrafiyası çapdan çıxıb.

Kitabda Cavidin səhnə əsərlərinə fərqli fikir müstəvisindən yanaşılmış, sovet hakimiyyəti dövründə şair-dramaturqun yaradıcılığına olan ideoloji basqıların və qərəzli tənqidlərin mahiyyətinə yeni faktların fonunda münasibət bildirilmişdir. Müəllif, Cavidin yaradıcılığında mövcud olan türkçülük-turançılıq prinsiplərini dövrünün tanınmış ideoloqu Əli bəy Hüseynzadənin əsərlərinin ideya-fəlsəfi kontekstində əsaslandırmağa çalışmışdır.

Qeyd edək ki, kitabın elmi redaktoru Fiologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş monoqrafiya “Elm və təhsil” nəşriyyatında çap edilmişdir.  

Load Time (S) : 0.005193