Azərbaycanın teatr təqvimində 1931-ci il xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu tarix Azərbaycan mədəniyyətinin önəmli bir hissəsi olan Kukla Teatrının doğum günü ilə əlamətdardır! 2021-ci ilin aprel ayında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur və mən belə bir məqamda bu teatrın mədəni və tarixi əhəmiyyətinə nəzər salmağı özümə borc bilirəm!
Azərbaycanda Kukla Teatrının əsası 1931-ci ildə məşhur kuklaçı Molla ağa Bəbirli tərəfindən qoyulmuş və kollektiv 1932-ci il ilin aprel ayında səhnələşdirilən “Sirk” adlı ilk tamaşası ilə öz fəaliyyətinə başlamışdır. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı zəngin yaradıcılıq yolu keçmiş, 1931-1951-ci illərdə müstəqil teatr kimi, sonrakı dövrlərdə isə Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyətini davam etdirmişdir. Rus və azərbaycan dillərində tamaşalar hazırlayan Kukla Teatrına qazandıqları tamaşaçı rəğbəti və yaradıcılıq uğurlarına görə 1964-cü ilin aprel ayının 15-də dövlət teatrı statusu verilmişdir. Teatrda 1975-ci ildən etibarən uşaq tamaşaları ilə yanaşı,böyüklər üçün də səhnə əsərləri hazırlanır.
Teatrın kollektivi Azərbaycan folklorunun və onun qədim ənənələrinin müstəvisində qurulan kuklaçılıq sənətini beynəlxalq aləmdə tanıtmaq məqsədilə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, Tatarıstan, Türkmənistan, Gürcüstan kimi ölkələrə qastrol səfərlərini həyata keçirmiş, 25-dən artıq teatr festivalında iştirak etmiş və bir çox müsabiqələrin qalibi olmuşdur.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sənətçiləri müxtəlif illərdə öz yaradıcılıq fəaliyyətlərinə görə fəxri adlara layiq görülmüşlər. Bu illər ərzində maraqlı işləri ilə fərqlənən kuklaçı rejissorlardan Rəhman Əlizadə, Tamilla Məhərrəmova, Namiq Ağayev, Ələkbər Hüseynov, Qurban Məsimov, Anar Məmmədov, rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Rəhman Rəhmanov kimi sənətkarların adını çəkmək olar. Hazırda teatrın truppasında gənc aktyorlar üstünlük təşkil edir.
Kukla teatrının repertuarı Azərbaycanın xalq nağılları, dünya xalqlarının folklor nümunələri, milli və dünya klassikası, o cümlədən çağdaş müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalarla zəngindir. N.Gəncəvinin “Xeyir və Şər”, Ü.Hacıbəyov “Məşədi İbad”, Anarın “Qaravəlli”, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadənin “Cırtdan”, M.F.Axundzadənin “Parisi dağıdanlar”, “Xırs quldurbasan”, R.Əlizadənin “Keçəlin toyu”, Ə.Səmədlinin “Cik cik xanım”, K.Ağayevanın “Göyçək Fatma” , Ə.Abbasovun “Şəngülüm, Şüngülüm”, Ş.Perronun “Qırmızı Papaq”, “Çəkməli Pişik”, S.Marşakın “Pişiyin evi”, Coni Rodarinin “Çippollina”, H.X.Andersenin “Bülbül”, “Kibritsatan qız”, V.Qaufun “Yalançı Şahzadə”, E.Şayyenin “Od oğlan”, A.Lindqrenin “Karlson”, R.Moskovanın “Keçilər”, R.Pilonun “Qoğal”, A.S.Puşkinin “Qızıl xoruz”, rus xalq nağılının motivləri əsasında “Durna balığı”, “Min bir gecə” nağılları əsasında “Ələddin” kimi bir çox səhnə əsərləri teatrın repertuarını bəzəyir.
Hazırda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 90 illik yubileyini karantin şəraiti ilə əlaqadər təntənəli şəkildə qeyd edə bilməsə də, inanıram ki, ölkəmizdə ənənəvi nümayişlərin bərpa ediləcəyi təqdirdə kollektiv fəaliyyətini qısa müddətdə bərpa edəcək və milli səhnə sənətimizə yenə də öz töhfələrini verəcəkdir. Son olaraq başda teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və teatrın baş rejissoru Əməkdar artist Qurban Məsimov olmaqla bütün kollektivi Teatrın 90 illik yubileyi münasibətilə həm şəxsim, həm də Teatro.az ailəsi adından səmimi qəlbdən təbrik edir və tezliklə tamaşaçılarına qovuşmalarını arzulayıram!
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...