(Şanlı məktub)
Dünyanın müharibələrlə çalxalandığı bir əyyamda mən əzizim Aydın müəllimi (sevimli tələbəm olub, indi isə sevimli həmkarımdır, müəllim sözü də burada mütləqdir, çünki o, həm də əsl müəllimdir!) mübarək doğum günü – möhtəşəm 65 yaşı münasibətilə zamanənin bu çətin dönəmlərmində insanların dadına çatan məktub formasından istifadə etməklə qutlayıram.
Əzizim Aydın! Sən hələ tələbə ikən duyub-anlayırdım ki, stereotipə çevrilmiş düşüncə sərhədlərini aşaraq, «göyün yeddinci qatı»nda pərvazlanmağa hazırlaşırsan…
Anlayırdım ki, tələbə Aydın, gənc Aydın, Yaradanın «seçilmişlər» möhürü ilə nişanlanmış Aydın «sehrli qələm»ini əlinə alıban, yaratdığı möcüzələrin şahidi olan iş otağında - müqəddəs hücrəsində gecəsini-gündüzünə qatan, oxuyub-öyrənən, yazıb-yaradan Aydın artıq bu cahana sığmır…
O zaman duyub-anladıqlarım çox keçmədi ki, çin oldu… Gördüm ki, Sən humanitar dünyanın – elmin mövcud bilikləri, teatr elminin təptəzə nəzəri konsepsiyaları, metodları ilə möhkəm yaraqlanaraq, bu biliklərə öz əlavələrini etmək qüdrətinə çox tez yetdin… Bənzərsiz elmi mühakimə-mülahizə və təhlillərinlə Səni anlayan zəka sahiblərini heyrətləndirməyə başladın… nə başladın…
Aman Allah! Sənin yaratdığın mətnlər nəinki bədii istedaddan, həm də riyazi zəkadan mayalanıb… mayalanır… mayalanmaqdadır… özü də harmoniyanı, estetika qanunlarını üzvi şəkildə qorumaq şərtilə…
Aydın, əzizim, bu gün Sən əslində təbiətin sirri olan və Sənə bəxş edilən İstedadını aşırı zəhmətin, aşırı zəkanın, aşırı biliyin, aşırı inadın, aşırı səbatın, aşırı iradənin, aşırı mənəviyyatın, aşırı teatr, xalq və vətən sevgisinin sayəsində virtuolzcasına, vərəq-vərəq açırsan… Mən isə oxuyaraq heyrətlənirəm, bilmədiklərimdən agah oluram və səninlə fəxr edirəm… “Əhsən” sözündən başqa deməyə söz tapmıram...
Sən hələ tələbəlik çağlarından əlçatmaz görünən xəyallarını, arzularını istedad və zəhmətin ağuşuna atılaraq addımbaaddım reallaşdıran önəmli bir fiqur kimi nəinki Azərbaycan teatr düşüncəsində, küll halında götürdükdə Azərbaycan və dünya humanitar düşüncəsində yeniliklərə imza atdın.
Bu gün Sən istər elmi əsərlərində (“İslam mədəniyyətində teatr və teatrallıq”, “Faciə: janriçi mutasiyalar” və b.), istərsə də bədii əsərlərində (““Kəpənək” modeli: 102” , “Əbuhübb”, “Ramana” və b.) istedad okeanında üzə-üzə poetik simfoniya müəllifi kimi böyüməkdəsən… Şahanə mətnlərini oxuyarkən həməncə assosiativ düşüncəm Səni ustadım – görkəmli teatrşünas-alim Cəfər Cəfərovun…, görkəmli filoloq-alim Yaşar Qarayevin…, dünyanın ünlü teatrşünas-alimlərinin (Hans-Tis Leman, Patris Pavi, Yuriy Barboy və b.) sırasında cərgələyir… Sən də onlar kimi günün günorta çağı aşırı cəsarətlə, qorxmadan (M.A.Bulqakov təsdiqləyir ki, ən böyük günah qorxaqlıqdır, çünki yalan, riyakarlıq, vicdansızlıq, satqınlıq ondan törəyir…) əlinə məşəl alıb, zəkaya, obyektiv yozuma ehtiyacı olan zülmət dünyasına işıq salır, İslam fəlsəfəsinin mahir bilicisi və Çıraq-Ustad kimi mənəvi-professional keyfiyyətlərin çələng tacını başına qoyub, gənc teatrşünaslar, aktyorlar, rejissorlar yetişdirir və onlara örnək olursan.
Aydın, əzizim, istər elmi, istərsə də bədii mətnlərində canım Azərbaycan dilinin – Ana dilimizin xəzinəsinə baş vuruban onun saf incilərini arxeoloq hünəri ilə günümüzə gətirirsən. Səni oxuyuban hər dəfə öz-özümə deyirəm: İlahi, Ana dilimiz nə qədər zəngin bir xəzinə imiş… bilməyən bilsin və Aydın Talıbzadənin elmi-bədii mətnlərini oxusun. Bu dili dərindən-dərinə bilən, onunla nəfəs alan, düşünən məni hər dəfə aşkara, üzə çıxartdığın unudulmaqda olan, fəqət, qan yaddaşımızda qoruduğumuz söz inciləri ilə heyrətləndirirsən, xalqın ruhunun aynası olan bu dili möhtəşəm alim-yazar hünəri ilə yaşadırsan.
Sən xəyalındakıları istedad və zəkanın sayəsində möhtəşəm mətnlərə çevirir, mədəni irsimizin yeni yozumunu aşırı alimanə tərzdə sərgiləyirsən. Mən Sənin mətnlərində bədii və riyazi fikrin, intellektin məhsulu olan sözlərin rəqsindən sonsuz zövq alıram.
Sən bu cahana sığmayıban uçan «sehrli xalça»nın üzərində sirli-sehrli Şərq aləminə, onun zəngin mədəniyyətinə, incəsənətinə, qədim Yapon teatr məkanına, Füzuli, Nizami, Nəsimi, Xaqani, Mirzə Fətəli… dövrünə uçuş-eniş edir, onlara layiqli həmsöhbət kimi əsrlərin pərdəsi arxasında gizlənmiş, itib-batmış, heç kəsin görüb aşkara, sözə çevirə bilmədiyi sirlərinə iti zəkanın işığını salaraq möhtəşəm yazılar… mətnlər yaradırsan…
Sən Bakının köhnə məhəlləsindəki bapbalaca otağında, əslində isə intəhasız düşüncə uçuşlarının meydanına çevirdiyin sərhədsiz məkanında öz azad içinin-içinə nüfuz edərək “dərviş”liyindən, yaradıcı tənhalığından zövq ala-ala yaşayıb-yaradır, ailənlə birgə Azərbaycan teatrına xidmət edirsən (həyat yoldaşı Sevinc xanım Azərbaycan Dövlət Teatr Muzeyinin direktorudur, teatr tarixi irsimizi göz bəbəyi kimi qoruyur). Təkcə ruhunun, dilinin, əsl-nəcabətinin (dayısı - Azərbaycanın görkəmli muğam ustadı Hacıbaba Hüseynov), istedadının beşiyi olan Bakını və milli xarakterinə, mentalitetinə, psixologiyasına, saflığına, şakərlərinə, adət-ənənələrinə əladan-əla bələd olduğun və aşırı sevdiyin bakılıları deyil, həm də bütöv Azərbaycanı, can-qan qardaşlarımız azərbaycanlıları (Şuşa səfərindən sonra yazdığın "Dilin tanıtdığı müqəddəs Şuşa" (https://teatro.az/az/post/aydin-talibzade--dilin-tanitdigi-muqeddes-susa-883) adlı məqalə Şuşa, Qarabağ və küll halında Azərbaycan tarixinə böyük hədiyyə olmaqla yanaşı, həm də bu vaxta qədər bilmədiyimiz gizlinləri elmi düşüncələrinlə zənginləşdirdi) sevə-sevə təhlil süzgəcindən keçirirsən, əcdadlarımızı, dahilərimizi, sənətkarlarımızı, tarixi keçmişimizi bu günümüzün gözü ilə araşdırırsan, hər dəfə də oxucunu bənzərsiz düşüncələrinin sərgi-ziyafətinə dəvət edirsən. Biz – sənin həmkarların, həmfikirlərin, oxucuların, tələbələrin parlaq şəkildə sərgilədiyin zəka-düşüncə ziyafətindən dəyişib, zənginləşib, məmnunlaşıb çıxır, nurani simanın (həm aşırı köhnə bakılı, həm də aşırı çağdaş bakılı!), xarizmatik şəxsiyyətinin aynası olan fikirlərini özümüzlə aparırıq…
Əzizim Aydın müəllim! Sən bu gün yalnız Azərbaycan teatr düşüncəsində deyil, Azərbaycan nəsrində də yeni mərhələnin görkəmli nümayəndəsisən.
İlahinin bəxş etdiyi parlaq istedadın, aşırı zəhmətsevərliyin, intəhasız zəkan və mütəfəkkir şəxsiyyətin sayəsində Sən Azərbaycan mədəniyyəti-incəsənətinin keşiyində duran bir əsgərsən. Deməli, Azərbaycanın keşiyində duran bir əsgərsən. İntəhası, əlindəki silahdan da güclü olan zəkan və bir də ki, sehrli qələmindir… Bu qələmdən süzülüb gələn mistik təsirə malik ölməz mətnlər Sənin həm xalis milli ziyalılığından, həm də kosmopolitliyindən (dünya adamı!) xəbər verir.
Bu qosqocaman dünyanın nadir işıq daşıyıcılarından olan əzizim Aydın, 65 yaşın mübarək! İnşallah, 70 yaşında görüşmək ümidi ilə…
Məryəm Əlizadə
Müəllifin digər yazıları
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev təkcə teatr rəssamı deyil, o, həm də bənzərsiz bir rəngkardır. Amma və lakin onu şöhrətləndirən rəngkarlıq sənəti TEATRı, səhnəni əvəz edə bi...
Bu gün Azərpaşa Nemətovun anım günüdür. Görkəmli rejissor, düz bir il əvvəl - 2023-cü ilin 9 aprel tarixində haqqın rəhmətinə qovuşub. Bu gün onun birinci anım günüdür. Teatro.az sənət po...
Əlahəzrət Teatrın məhsulu olan Tamaşa bu anın sənətidir, yəni, hər axşam tamaşa başlayanda səhnədəkilərin – sənətçilərin (Aktyorların!) yaradıcılıq prosesi də başlayır və nə gözəl ki, bu proses tamaşa&cce...
(Şanlı məktub)
Dünyanın müharibələrlə çalxalandığı bir əyyamda mən əzizim Aydın müəllimi (sevimli tələbəm olub, indi isə sevimli həmkarımdır, müəllim sözü də burada mütləqdir, çünki o, həm də ə...
Əvvəla onu deyim ki, təəssürat və mülahizələrimi elmi-nəzəri qata varmadan, mürəkkəb terminlərə əl atmadan, çox sadə dildə sizinlə bölüşməyi daha səmərəli hesab etdim.
Azərbaycan Respublikasının Mədəniyyət Naz...
(Zamanın salnaməsi üçün eskiz)
Müdriklik mərtəbəsinə çatmış sənətkar haqqında zamanın salnaməsi üçün eskiz kontekstində söz demək asan olduğu qədər də çətindir.
İşin asan...
..."Yuğ" teatrının gümbəzli salonuna daxil oluram. Hər dəfə olduğu kimi özümə də qəribə gələn ehtiyatla ətrafıma göz gəzdirirəm: məkanın düz ortasında bir qurğu var, peşə vərdişimin sövqü ilə tez bir zaman...
Düşüncəylə duyğuların qovşağında
Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına b...
(izahlı esse: görkəmli teatrşünas-alim Cəfər Cəfərovun əziz xatirəsinə həsr olunur)
O danışmağa başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri...
Özümüzü onun tələbəsi adlandlandırmaq şərəfinə nail oldu...