Ötən ilin mart ayından koronavirus pandemiyası səbəbi ilə qapılarını bağlayan Brodvey teatrları, ilk dəfə 36 dəqiqəlik tamaşa ilə pərdələrini seyrçilərin üzünə yenidən açıb.
Pandemiyadan ən çox təsirlənən sahələrdən biri də səhnə sənətləridir. Nyu York sənət aləminin mərkəzi sayılan Brodvey də keçən il pandemiya elanından sonra qapılarını bağlamaq məcburiyyətində qalıb.
Lakin şənbə günü Brodveydə teatr pərdələri yenidən açılıb və 150 nəfər üçün 36 dəqiqəlik xüsusi bir tamaşa göstərilib. Müqəddəs Ceyms Teatrında baş tutan performansda Toni mükafatı laureatları, məşhur aktyor Natan Leyn və xareoqraf Savion Qlover çıxış ediblər.
.jpeg)
Koronavirus səbəbiylə sərt tədbirlərin görüldüyü şoudan əvvəl tamaşaçılardan COVID-19 testi və ya peyvənd olunduqlarına dair sənəd istənilib. 1700 nəfərlik tutumu olan tamaşa salonunda məsafə qoyularaq yerləşdirilən tamaşaçılar Aktyorlar Fondu və Broadvey Cares Equity Fights AIDS kimi cəmiyyətlərin üzvlərindən ibarət olub.
Tamaşa bitdikdən sonra Qlover, “Nev York Times” qəzetinə verdiyi müsahibədə “bir az gərgin olsa da özünü xoşbəxt, qəribsəmiş və təhlükəsiz hiss etdiyini” söyləyərək, səhnədə çıxış etmək üçün darıxdığını qeyd edib. Leyn isə 36 dəqiqəlik tamaşa haqqında bu sözləri bildirib: “Şou pandemiya qaydalarına uyğun olaraq keçirildi. Ümid edirəm ki, bu, Brodveyin yenidən açılması üçün bir başlanğıcdır”.
Oxşar yazılar
TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Əməkdar artist Qurban İsmayılovdur.
Könül Əliyeva-Cəfərova: İbrahim peyğəm...
Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi.
Lüdviq çox da ləngimədi, elə axşam...
Molyer deyirdi ki, gün gələcək, hər kəs deyəcək: “Molyerin dilində danışın”, yəni, fransızca danışın. Fransa dramaturgiyasının ən böyük simalarından biri Jan Batist Molyerdir.
Şekspir dünyada faciələri ilə tanındığ...
Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" a...
I hissə
Dünyada minlərlə peşə mövcuddur. Hər hansı bir sənətdə peşəkar olmaq nə deməkdir?.. Qəhramanımızın seçdiyi sahədə hansı kriterilərə cavab vermək lazımdır? Maraqlıdır, insan peşəni seçir, yoxsa peşə insan...
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq.Teatrın mətbuat xidmətində...
İncəsənətin hələ istifadə olunmamış imkanlarının dərkini XX əsrin intellektual macərası adlandırmaq olar. Burada biz incəsənətin öz strukturunu və hətta öz funksiyasını dəyişməsinə çalışmasını nəzərdə tuturuq. Bütün incəsən...
Dünyaca məşhur tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov ermənistanlı müğənni Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina edib. Bu barədə Massis Opera konsert agentliyinə istinad edən fransanın ForumOpera.com nəşri məlumat yayıb. Məlumatda...
“Azanfilm” animasiya studiyasinin istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8-ci Seul Kuroqu Beynəlxalq Uşaq Filmləri Festivalının (8th Seoul Guro International Kids Film Festiv...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
21 noyabr
Vilyam Şekspir “12-ci gecə, yaxud hər nə istəsəniz” saat 19:00
22 noyabr
N.V.Qoqol“Müfəttiş” saat 19:00
23 noyabr
“Nindza tısbağalar və k...