Rusiya Dövlət Akademik Böyük Teatrı 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar satılmamış biletlərə görə 1.3 milyard rubl məbləğində pul itirib.
Teatrın mətbuat katibi Katerina Novikova “İnterfaks”a bildirib ki, teatra dəymiş maddi itkilər haqqında danışsaq, 2020-ci ildə Böyük Teatrda təkcə satılmayan biletlərdən dəyən ziyan 1.3 milyard rubl təşkil edib. Bu rəqəm pandemiyadan qabaq teatrın tamaşaçı salonunun faktiki olaraq dolma səviyyəsinə - 98%-ə nəzərən hesablanıb.
K.Novikovanın sözlərinə görə, teatrda nəzərdə tutulan qastrolların və tamaşaların ləğvi, repertuardakı dəyişikliklər və digər məsələlərlə əlaqədar olan maliyyə itkilərini indi qiymətləndirmək çətindir, çünki bu məbləğ hardasa mart ayında, aprel ayının əvvəlində cəmlənəcək və bundan sonra dəymiş ümümi itkilər haqqında danışmaq mümkün olacaq.
2021-ci il üçün proqnozlardan danışarkən teatrın mətbuat katibi qeyd edib ki, həm koronavirus, həm də mədəniyyət müəssisələrinin vəziyyətinin necə olacağını cavablandırmaq zamanın məsələsidir.
Biz hər halda ümid edək ki, teatra tamaşaçı buraxılışı (zalda maksimum tamaşaçı həddi) 25%-dən 50%-ə, sonra 75%-ə və nəhayət 100%-ə qaldırılacaq. Ancaq insanlarda hələ də qorxu var və pandemiyadan əvvəl olduğu kimi hərkəs dərhal teatra gəlməyə hazır deyil. Tamaşaçıların teatra nə qədər tez gələcəkləri sualına cavab vermək çox çətindir, - deyə mətbuat katibi bildirib.
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...