16 fevral tarixində “KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsinin ikinci tədbiri keçirilib.
ADMİU-nun professor-müəllim heyəti, Britaniya Şurasının əməkdaşları, teatr xadimləri və media nümayəndələrinin iştirakı etdiyi ikinci tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutub. Tədbirin ilk hissəsinə keçməzdən öncə layihənin koordinatoru Əli Hacılı çıxış edərək qonaqlara açılış günü, görüşlərin proqramı və layihə komandası barədə məlumat verib.
Tədbirin birinci hissəsində “1990-cı illər Böyük Britaniyada dramaturgiya, teatr sənəti, pyes yaradıcılığı” mövzusunda seminar baş tutub. Seminarın spikeri Böyük Britaniya Kral İncəsənət Cəmiyyətinin üzvü, jurnalist, teleaparıcı, pedaqoq və teatr tənqidçisi Aleks Syerts (Aleks Sierz) olub.
Seminardan sonra universitetin kiçik səhnəsində “Postmüharibə dövrü Britaniya dramaturgiyasında müharibə mövzusu” adlı müzakirə keçirilib. Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə keçirən bu hissədə o, 20-ci əsrin ortalarında İkinci Dünya müharibəsinin bitməsi, “Soyuq müharibə” dövrünün başlaması, bütün bu hadisələr fonunda müasir Britaniyalı dramaturqların hadisələrə refleksi və onların yaradıcılığında müharibə mövzusunun yerindən danışıb.
Tədbirin davamında Kəril Çörçillin “Uzağa” pyesinin qısa fraqmentinin teatrallaşdırılmış oxunuşu baş tutub.
Kəril Çörçillin distopik dram kimi yazılmış pyesi həm də eksperimental əsər kimi səciyyələndirilir. Pyes Harper, Coan və Toddun başına gələn, 3 müstəqil hissədən ibarətdir. Çörçillin bu pyesinin əsas mövzusu qorxu və ictimai xaosdur.
Oxunuşu Azərbaycan Respublikasının Əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun Dram teatrı və kino aktyoru kafedrasının dosenti Yaqut Paşazadənin rəhbəri olduğu IV kurs tələbələri Nərmin Quliyeva, Fidan Ağazadə, Ləman Səlimova, Abbas Qənbərov, Zeynəb Əliyeva, Könül Nəzərova, Elşad Şirinov həyata keçiriblər. Daha sonra pyes oxunuşunun müzakirəsinə başlanılıb. Maraqlı diskussiya şəraitində baş tutan müzakirədən sonra Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov iştirak edən hər kəsə təşəkkürünü bildirib və ikinci günün proqramını yekunlaşdırıb.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...