12 fevral tarixində “KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsinin ilk tədbiri keçirilib. ADMİU-nun professor-müəllim heyəti, Britaniya Şurasının əməkdaşları, teatr xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutan açılış mərasimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova hər kəsi salamlayaraq, layihənin əhəmiyyətindən bəhs edib. Bildirib ki, universitet hər zaman tələbənin maariflənməsi, daha geniş səpkili və dolğun biliklər əldə etməsi üçün çalışır, bu istiqamətdə dünyanın qabaqcıl universitetlərinin təcrübələrini örnək alaraq yeni layihələr hazırlayır. Bu gün ilk tədbiri keçirilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi də bu qəbildəndir. Rektor layihənin təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərova və layihənin təşkilat komandasında təşəkkürünü bildirib. Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva layihənin yaranma tarixçəsindən danışıb. Natiq qeyd edib ki, Elçin Cəfərovun Kreativ Prodüserlər proqramı çərçiəsində yaradılmış “KATALİZATOR ArtHub” bütün mərhələləri uğurla keçərək Britaniya Şurasının dəstəklədiyi 7 layihədən biri olub. N.Hacıyeva gələcəkdə də bu qəbildən olan incəsənət yönümlü layihələrin və birgə təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.
Sonra Elçin Cəfərov çıxış edərək qonaqları layihənin məqsədi, məzmunu, görüşlərin proqramı, beynəlxalq və yerli mütəxəssislər, layihə komandası haqqında məlumatlandırıb. Başda Britaniya Şurası və ADMİU olmaqla bütün tərəfdaşlara təşəkkürünü bildirən E.Cəfərov qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdan ibarətdir.
Tədbirin ilk hissəsində “Böyük Britaniyada çağdaş teatr / dramaturgiya” mövzusunda seminar baş tutub. Seminarın spikeri dramaturq, London Nitq və Dram Sənəti Kral Məktəbinin Dramaturgiya kafedrasının müəllimi Sara Qroçala (Sarah Grochala) olub.
Seminardan sonra universitetin kiçik səhnəsində “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” adlı müzakirə baş tutub. Tədbirin bu hissəsi Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin mövzu haqqında çıxışı və moderatorluğu ilə keçirilib. Gedişatda Nik Peynin “Bürclər” pyesinin qısa fraqmentinin oxunuşu baş tutub. Oxunuşu Azərbaycan Respublikasının Əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun Dram teatrı və kino aktyoru kafedrasının dosenti Yaqut Paşazadənin rəhbəri olduğu IV kurs tələbələri Ləman Səlimova, Nicat İsgəndərli və Fidan Ağazadə həyata keçiriblər. Daha sonra pyes oxunuşunun müzakirəsinə başlanılıb. Maraqlı diskusiya şəraitində keçən müzakirədən sonra Elçin Cəfərov iştirak edən hər kəsə təşəkkürünü bildirib və birinci günün proqramını yekunlaşdırıb.
“KATALİZATOR ArtHub”-ın təşkilatçılığı, Britaniya Şurasının təşkilati, Teatro.az sənət portalının informasiya dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YUĞ Dövlət Teatrının, CHARACTERS Müasir Dramaturgiya Festivalının və Ritual Mobil teatr laboratoriyasının tərəfdaşlığı ilə keçirilən layihə çərçivəsində növbəti tədbirlər 16 və 23 fevral tarixlərinə nəzərdə tutulub.
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...