23 fevral tarixində KATALİZATOR ArtHub-ın "Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA" layihəsi çərçivəsində sonuncu görüş olacaq. Cümə günü baş tutacaq görüş iki hissədən ibarətdir.
Saat 14.00-da ADMİU-nun Elmi Şura otağında baş tutacaq tədbirin birinci hissəsi London Metropoliton Universitetinin müəllimi, prodüser və mentor Manik Qovindanın "Böyük Britaniyada hüdudsuz teatr/ eksperimental performans" mövzusunda seminardan ibarətdir.
Tədbirin davamı saat 15.00-da ADMİU-nun kiçik səhnəsində olacaq. Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə baş tutacaq müzakirə "Britaniya dramaturgiyasında mənəvi konsept" adlanır. Bu hissədə iştirakçılar XXI əsrdə Böyük Britaniya dramaturgiyasında müşahidə olunan tendensiyalarla tanış olmaq imkanı əldə edəcək, eləcə də Əməkdar artist, dosent Yaqut Paşazadənin tələbə-aktyorlarla hazırladığı Fibi Uoller-Bricin "Flibəq" pyesinin oxunuşunu dinləyə biləcəklər. Oxunuşdan sonra teatr xadimlərinin, ADMİU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə müzakirə davam edəcək.
“KATALİZATOR ArtHub”-ın təşkilatçılığı, Britaniya Şurasının təşkilati, Teatro.az sənət portalının informasiya dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YUĞ Dövlət Teatrının, CHARACTERS Müasir Dramaturgiya Festivalının və Ritual Mobil teatr laboratoriyasının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdır. Layihənin gedişatı haqqında ətraflı məlumat əldə etmək üçün, KATALİZATORun rəsmi instaqram səhifəsini (@katalizatorarthub) və Teatro.az sənət portalını izləyə bilərsiniz.
23 Fevral 2024, Cümə
14:00 Seminar: “Böyük Britaniyada hüdudsuz teatr / eksperimental performans”
Spiker: Manik Qovinda (Manick Govinda), müstəqil yazıçı, mentor, kurator, prodüser, London Metropolitan Universitetinin müəllimi
Məkan: Elmi Şura otağı
15:00 Müzakirə: “Britaniya dramaturgiyasında mənəvi konsept”
Pyes oxunuşu
Fibi Uoller-Bric “Flibəq” (qısa fraqment) / Fleabag by Phoebe Waller-Bridge
Moderator: Emin Əliyev
Məkan: Kiçik səhnə
Qeyd: Böyük Britaniyalı spikerlər seminara MS Teams platforması vasitəsi ilə onlayn qoşulacaqlar.
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 39. ADMİU-nun əsas tədris binası
23 February 2024, Friday
14:00 Seminar: “Broad theatre/experimental performance in the UK”
Speaker: Manick Govinda, independent arts consultant, artist mentor, writer and curator, teacher of the Public Art and Performance MA at London Metropolitan University
Venue: Academic Council Room
15:00 Discussion: “Spiritual - moral concept in British drama”
Play Reading
Author: Phoebe Waller-Bridge
Title: “Fleabag” (short extract)
Moderator: Emin Aliyev
Venue: Small Stage
Speakers from the UK will join the seminar online using the MS Teams platform.
Venue: Azerbaijan State University of Culture and Arts.
Adress: Inshaatcilar ave. 39, Baku
23 fevral tarixində baş tutacaq tədbirlərdə iştirak üçün qeydiyyat linki:
QEYDİYYAT LİNKİNƏ keçid etmək üçün klik edin.
https://forms.gle/zzHuzXJd5qEiWePF9
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...