23 fevral tarixində “KATALİZATOR ArtHub” tərəfindən təşkil edilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsinin sonuncu tədbiri keçirilib. Cümə günü baş tutan görüş iki hissədən ibarət olub. ADMİU-nun professor-müəllim heyəti, Britaniya Şurasının əməkdaşları, teatr xadimləri və media nümayəndələrinin iştirakı ilə keçirilən sonuncu görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutub. Tədbirin ilk hissəsinə keçməzdən öncə layihə rəhbəri Elçin Cəfərov gələn qonaqları salamlayaraq, bu tədbirin son olmayacağını, buna bənzər layihələrin davam edəcəyini bildirib. E.Cəfərov layihənin gerçəkləşməsinə dəstək olan Britaniya Şurasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrə, o cümlədən layihənin tərəfdaşları olan Teatro.az sənət portalına, YUĞ Dövlət Teatrına, Ritual Mobil Teatr laboratoriyasına və CHARACTERS Dramaturgiya Festivalına təşəkkürünü çatdırıb. Sonra Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva tribunaya dəvət edilib. “Biz Britaniya və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində yaranan təşəbbüsləri həmişə dəstəkləməyə hazırıq”- deyə çıxışına başlayan natiq bu üç tədbirin teatrın inkişafı baxımından faydalı olduğundan bəhs edib.
.jpeg)
Tədbirin birinci hissəsində "Böyük Britaniyada hüdudsuz teatr/eksperimental performans" mövzusunda seminar baş tutub. Seminarın spikeri London Metropolitan Universitetinin müəllimi, prodüser və mentor Manik Qovinda olub. Spiker Böyük Britaniyanın çağdaş teatr prosesinə ekskurs edib, öz şəxsi təcrübəsinə söykənərək, Britaniya teatrında müşahidə olunan yeni tendensiyalar, eksperimental teatr formaları və eksperimental tamaşalar haqqında danışıb.

Seminardan sonra Universitetin kiçik səhnəsində “Britaniya dramaturgiyasında ənənəvi konsept” adlı müzakirə keçirilib. Tədbirin bu hissəsi Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin mövzu haqqında çıxışı və moderatorluğu ilə keçib. Gedişatda Fibi Uoller-Bricin “Flibəq” pyesinin qısa fraqmentinin oxunuşu baş tutub. Oxunuşu Azərbaycan Respublikasının Əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun Dram teatrı və kino aktyoru kafedrasının dosenti Yaqut Paşazadənin rəhbəri olduğu IV kurs tələbələri Fidan Ağazadə, Ləman Səlimova, Nərmin Quliyeva, Abbas Qənbərov, Zeynəb Əliyeva, Könül Nəzərova, Nicat İsgəndərli, Aydan Məhərrəmova, Elşad Şirinov həyata keçiriblər. Daha sonra layihə iştirakçıları, könüllülər və tələbə-aktyorlar Nərgiz Hacıyeva və Elçin Cəfərov tərəfindən sertifikatlarla təltif olunub. Tədbirin davamında pyes oxunuşunun müzakirəsi keçirilib. Sonda Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov layihənin nəticələri haqqında danışaraq bu cür layihələrin hər kəsi teatr barəsində düşünməyə çağırıdığını bildirib və tədbirlərə qatılan bütün iştrakçılara təşəkkürünü çatdıraraq üçüncü günün proqramını və bağlanış mərasimini yekunlaşdırıb.
.jpeg)
Müəllifin digər yazıları
Naxçıvan Dövlət Milli Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı Kölgələr” psixodramatik tamaşasının premyerası baş tutub.
10 yanvar tari...
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...
Tanınmış aktyor, pedaqoq, bədii qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi Nadir Hüseynov bu gün 73 yaşında vəfat edib.
Nadir Hüseynov Qəribağa oğlu&nbs...
Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlə...
Qırx İl Sonra Açılan Qapı: Vicdanın Labirinti və Zamanın tələsində “Ruh”- Sprit seance: ruh yolçuları üçün konseptual cığırlar...
"Bənövşə...bənövşə..."
...gecə bitib-tükənmək ...
Aleksandr Vampilovun “Ördək ovu” əsərində baş verən hadisələr nə bir məkan, nə də zaman çərçivəsində məhdudlaşır. Əsərin əsl hadisəsi Zilovun özüdür. Çünki onun daxili sükutu, həyatdan be...
- Azərbaycan teatrında bu gün ən aktual problemlər hansılardır?
Azərbaycan teatrının problemləri kompleks xarakterli problemlərdir və onların arasından hər hansını fərqləndirmək olduqca çətindir. Bu gün Azərbaycan teatr sənətindən...
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib...