TEATRO

TEATRO

sənət portalı

post-title

“Boş məkanın dolğunluğu”

2-ci Eksperimental tamaşalar festivalı

1-9 mart 2019-cu il tarixlərində «Boş məkanın dolğunluğu-2» Eksperimental tamaşalar festivalı keçiriləcək. Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq. Qeyd edək ki, festivalın informasiya dəstəkçisi İTV şirkəti və Teatro.az sənət portalıdır. 

1 mart saat 14.00 - YUĞ Dövlət Teatrı. A.B.Kasares “Qəbir qazma üsulu” - Festivalın ilk tamaşası YUĞ Teatrının “Qəbir qazma üsulu” tamaşasıdır. A.B.Kasaresin əsəri əsasında hazırlanan tamaşanın rejissoru Gümrah Ömərdir. Tərcüməçi və səhnələşdirmənin müəllifi Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdi və Mələk Vəlizadə, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehtiyev və Mətanət Abbaslı çıxış edirlər. 

1 mart saat 18.00 - YUĞ Dövlət Teatrı. S.Haqverdiyeva “Metamorfoza” – proqramda növbəti tamaşa YUĞ Teatrının “Metamorfoza”sıdır. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov çıxış edirlər.   

2 mart saat 14.00 - YUĞ Dövlət Teatrı. V.Klim “Medeya. Sekvensiya - 01” – YUĞ Dövlət Teatrının “Medeya” tamaşası V.Klimin əsəri əsasında hazırlanıb. Tamaşada Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır. 

 2 mart saat 18.00 - YUĞ Dövlət Teatrı. T.Vahid “Quş dili” – tamaşası YUĞun festivalda təqdim edəcəyi sonuncu tamaşadır. Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşada Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə çıxış edir. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Yuğ Teatrının festival çərçivəsində oynayacaqları bütün tamaşalar teatrın öz ünvanında (Kukla Teatrının binası. Neftçilər prospekti 36) nümayiş olunacaq. 

3 mart, 14 00 – Slovamir Mrojek, “Açıq dənizdə”. Polşa yazarı S.Mrojekin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru İsa Əsədovdur. Tamaşada rolları Əməkdar artist Qurban Mənsimov, aktyorlar Anar Seyfullayev və Manaf Dadaşov canlandırırlar. Tamaşa AzTXİ-nin böyük səhnəsində nümayiş olunacaq.

3 Mart, 18:00 – “Human” Teatrı. Sergey Yesenin, “Qara adam”. S.Yeseninin eyniadlı poeması əsasında hazırlanmış monotamaşanın rejissoru və ifaçısı Şamil İbrahimovdur. Tamaşa AzTXİ-nin böyük səhnəsində oynanılacaq.

4 Mart, 14:00 – ADMİU. A.Şipanov, A.Abrosimov  “Səmavi”. “Səmavi” tamaşası rejissor və xoreoqraf Raulya Türkkanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsidir. Səhnə əsəri müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında hazırlanıb. Tamaşa Rus Dram Teatrının səhnəsində oynanılacaq.

4 Mart, 18:00 – ADMİU. K.Abdulla, “Unutmağa kimsə yox”. Yazıçı Kamal Abdullanın eyniadlı pyesi əsasında yazırlanan tamaşanın quruluşçu rejissoru qrupun kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadədir. Tamaşada ADMİU-nun 3-cü kurs Dram teatrı və kino aktyorluğu ixtisasının tələbələri çıxış edirlər. Tamaşa Az.TXİ-nin böyük səhnəsində oynanılacaq.

5 Mart, 14:00 – ADMİU . Ə.Haqverdiyev,  “Qara oyun”.  Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında hazırlanmış tamaşaya kursun rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımov quruluş vermişdir. Tamaşada 4-cü kurs Dram teatrı və kino aktyorluğu ixtisasının tələbələri çıxış edəcəklər. Tamaşa Az.TXİ-nin böyük səhnəsində oynanılacaq.
 

5 Mart, 18:00 – ADMİU. M.F.Axundzadə, “Lənkəran xanının vəziri”. M.F. Axundzadənin eyni adlı komediyası əsasında hazırlanmış tamaşaya kursun rəhbəri, Əməkdar artist Gülşad Baxşıyeva quruluş verib. Tamaşada 4-cü kurs Dram teatrı və kino aktyorluğu ixtisasının tələbələri çıxış edəcəklər. Tamaşa Az.TXİ-nin böyük səhnəsində oynanılacaq.

6 Mart, 14:00 – ADMİU. M.İbrahimbəyov, “Kərgədan buynuzu”.  Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər. ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsinin Teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə II və IV kurs tələbələri iştirak edirlər. Tamaşa Rus Dram Teatrının səhnəsində oynanılacaq.
 

6 mart saat 19.00 – “SAFAT” Teatrı. İ.Netanyahu “Məna axtarışında”. İlqar Safatın quruluşunda hazırlanan tamaşada Xalq artistləri Lüdmila Duxaovnaya, Mabud Məhərrəmov, aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva çıxış edirlər. Yəhudi dramaturqu İdo Netanyahunun əsəri əsasında hazırlanan tamaşa loqoterapiyanın banisi psixoloq Viktor Franklenin həyatından bəhs edir.

7 mart, 15.00 – Bakı Uşaq Teatrı. Rövşən Ağayev, “Sevgi şimşəyi”. Dramaturq Rövşən Ağayevin “Bir gecənin nağılı” adlı əsəri əsasında komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri və direktoru, respublikanın əməkdar artisti İntiqam Soltan, bəstəkarı Mahir İbrahim, rəssamı Sevda Məmmədovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər. Tamaşa  AzTXİ-nin böyük səhnəsində oynanılacaq.

7 Mart, 18:00 – Akademik Milli Dram Teatrı. Ç.Aytmatov “Manqurt”. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalı, səhnələşdirmənin müəllifi İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır. Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər. Tamaşa Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanılacaq.

8 Mart, 14:00 Şuşa Dövlət Musiqili Dram Teatrı . M.Havran “Aktyor əbədiyyətə qovuşanda”. Janrı bir hissəli psixoloji dram kimi təyin olunmuş  tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur. Səhnə əsərində Nazir Rüstəmov və Bahar Abdullayeva çıxış edir.Tamaşa AZTXİ-nin M.Mərdanov səhnəsində oynanılacaq.

8 mart saat 19.00 - Kutaisi Dövlət Professional Dram Teatrı, V.Qavel “Duplet” – “Boş məkanın dolğunluğu” 2-ci eksperimental tamaşalar festivalında bir xarici kollektiv də iştirak edir. Gürcüstanın Kutaisi şəhərindən gəlmiş kollektiv festivalda V.Qavelin əsəri əsasında hazırlanmış “Duplet” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Konstantin Abaşidzedir. Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində nümayiş olunacaq tamaşada David Roinişvili və Zviad Svanadze və Elza Suladze çıxış edirlər. Tamaşa AZTXİ-nin böyük səhnəsində oynanılacaq.    

9 mart saat 12:00 – Dövlət Gənc Tamaşaçılar Teatrı. V.Lyus “İstədiyim kimi yaşayıram”. Amerika yazıçısı V.Lyusun "Zelda" əsəri əsasında hazırlanan tamaşa "İstədiyim kimi yaşayıram" adı ilə təqdim olunacaq. Tamaşada teatrın aparıcı aktrisası Mehriban Abdullayeva oynayacaq. Monotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımov, rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, işıq tərtibatı Vadim Kuskova məxsusdur. Tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində oynanılacaq.

9 Mart, 18:00 – Akademik Milli Dram Teatrı. K.Abdulla, “Bir-iki, bizimki”. Yazıçı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əlif Cahangirli, Rəssamı İlham Elxanoğludur. Tamaşada rolları Ayşad Məmmədov, İlahə  Həsənova, Xədicə Novruzlu, Canəli Canəliyev və Ziya Ağayev canlandırırlar. Tamaşa Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanılacaq. 
 

Load Time (S) : 0.003666