Son günlər Ermənistanın Azərbaycana qarı başladığı hərbi əməliyyat, hərbçilərin və mülki şəxslərin həlak olması dünyanın diqqət mərkəzindədir.
Artıq Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər, nüfuzlu beynəlxalq qurum olan İslam Əməkdaşlıq Təşkilatı rəsmi Yerevanın hərəkətlərini pisləyib, ölkəmizin haqlı mövqeyini dəstəkləyən açıqlamalar veriblər.
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın dostları, sənət adamları, ictimai xadimlər də son hadisələrə münasibətlərini bildirir, xalqımızla bir yerdə olduqlarını qeyd edirlər. Bolqarıstanlı tanınmış teatr rejissor Xristo Stoyçev də belə insanlardandır.
Azərbaycan xalqının tarixinə, mədəniyyətinə böyük hörmət bəsləyən istedadlı əcnəbi rejissor son günlər Ermənistanın Tovuzda həyata keçirdiyi hərbi əməliyyatlardan narahatlığını bildirib, sosial şəbəkədə ölkəmizin haqq işinə dəstək verib:
“Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verənləri həyəcan və narahatlıqla izləyirəm. Ermənistan ordusunun hücumları nəticəsində şəhid olan zabitlərin, əsgər və mülki şəxslərin ailələrinə, yaxınlarına həm öz adımdan, həm də əslən azərbaycanlı həyat yoldaşım Natella Abdullayevanın adından başsağlığı verirəm. Bakıda, Sumqayıtda, Lənkəranda tanıdığım dostlar, gözəl insanlar, sizin keçirdiyiniz hissləri başa düşürəm və bu çətin günlərdə yanınızdayam. Ruhdan düşməyin, möhkəm olun, çünki Azərbaycanın apardığı mübarizə haqq işidir və sonda Qələbə var!”
Xatırladaq ki, Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Istedadlı bolqar rejissor Xristo Stoyçev ölkəmizdəki müxtəlif teatrlarla sıx yaradıcılıq əlaqələri saxlayır. Bu günə kimi Lənkəran Dövlət Dram Teatrında J.B.Molyerin “Mizantrop”, Dövlət “YUĞ” Teatrında isə V.Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan “Lənət” tamaşalarına quruluş verib. Rejissorun 2000-ci ildə Lənkrəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop”, o cümlədən ötən il YUĞ Dövlət Teatrında U.Şekspirin “III Riçard” əsəri əsasında qurulu. Verdiyi “Lənət” tamaşaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın yaxın dostu olan əcnəbi rejissor Qarabağ həqiqətləri barədə pyes yazır.
Etibar CƏBRAYILOĞLU
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...