Sofiya Opera və Balet Teatrında Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Baolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti oynanılıb.
Tamaşada, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstan Respublikası xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı izləyicilər iştirak edib.
Açılış zamanı Ceyhun Bayramov bildirib ki, Müsəlman Şərqinin ilk demokratik respublikası, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasıdır.
"1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa edilib və ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan multikulturalizm ənənələrinə hər zaman sadiqdir və bu gün nümayiş etdirilən baleti, yəni Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə layihəsini, multikulturalizm nümunəsi saymaq olar." - Bayramov qeyd edib.
Nazir T.Gençovska isə, Azərbaycanın Müstəqillik Gününü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və oynanılan premyera tamaşasının, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dahi bəstəkarı olduğunu qeyd edib və sözügedən balet tamaşasının həm də türk mədəniyyətinin təşviq edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tamaşa, Dirijor Eyyub Quliyevin idarəsi ilə, Eldar Əliyevin xoreoqrafiyası əsasında oynanılıb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...