Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səbail rayonu İcra hakimiyyəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Azərbaycan UNESCO Assosiasiyası , ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi elan edir
Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni sənətin mövzusuna çevirməkdir.
Müsabiqənin şərtləri:
• Pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməlidir.
• Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı, internet resusrlarda yayımlanmamalı və səhnələşdirilməməlidir.
• Müsabiqəyə 40.000 (qırx min) işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur.
• Pyesin mətni üçün tələblər - şriftin qarnituru “Times New Roman” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Müsabiqədə yaşı 35-ə kimi olan müəlliflər qatıla bilərlər.
• Müsabiqədə iştirak edənlər iyul ayının 31-nə qədər pyesləri teatrın elektron ünvanına göndərməlidirlər. (g.t.teatr@mail.ru)
• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini (telefon nömrəsi) məktuba əlavə etməlidir.
Qeyd edək ki, təqdim olunan əsərlər teatrın təşkil etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib pyes seçiləcək və əsərə bu ilin sonuna qədər teatr səhnəsində quruluş veriləcək. Həmçinin pyes «Azərbaycan» dərgisində işıq üzü görəcək.
Ən yaxşı pyeslər teatrın rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət nazirliyinə təqdim olunacaq ki, başqa teatrlarda da hazırlanması tövsiyə olunsun.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...