Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” adlı balet tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, premyera yanvar ayının 30-u saat 19:00-da baş tutacaq.
Tamaşanın bəstəkarı L.Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar müəllimidir. Bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifi olan bəstəkar, eyni zamanda bədii-sənədli filmlərə musiqi bəstələmiş, tələbələr üçün beş dərslik yazmışdır. Onun əsərləri Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestr və xor kapellasının ifasında dəfələrlə səslənmişdir. “Bir Xəzər əfsanəsi” adlı balet tamaşasının libretto müəllifi L.Cəfərova, quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, dirijoru Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimovdur.
Əsas rolları balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev və İslam Məmmədov ifa edirlər.
Müəllifin digər yazıları
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...
Füzuli Dövlət Dram Teatrının səhnəsində Mirzə Nicatın quruluşunda təqdim olunan “Tənhalığın evi” tamaşası, əslində, bir mətnin səhnə təcəssümündən daha artıq idi; bu, insanın öz daxilinə baxmağa məcbur edildiyi qa...
30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşk...
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarının “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom işi olan Uilyam Şekspir...
2 fevral - Azərbaycan Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olunub. Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. O, qeyd edib ki, ümummilli li...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müdd...
Məhəmməd Əmin Rəsulzadə görkəmli dövlət xadimi olaraq siyasi-ictimai fəaliyyəti ilə yanaşı elmi, publisist, yazıçı, tərcüməçi, şair, dramaturq, jurnalist istedadı ilə də fərqlənmişdir.
...
Batmış şəhərin yox, batmağa razı olan insanların hekayəsi
- Niyə yaşamaq istəyirsiniz?
- Unutmuşam...
Üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə doğru gedirəm. İmtahan günüdür. Sabah Mərkəzini...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart - Milli Teatr Günü və 27 Mart - Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçirilə...