TEATRO

TEATRO

sənət portalı

post-title

"Bir Teatr - Bir Festival " mono tamaşalar festivalı keçirilib

Mingəçevir Dövlət Dram Teatrının 55 illik yubileyi münasibəti ilə "Bir Teatr - Bir Festival " mono tamaşalar festivalının ilkin mərhələsi keçirilib. 
Mingəçevir Dövlət Dram Teatrının direktoru, Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltanın "BİR TEATR - BİR FESTİVAL" adlı müəllif layihəsi olan 3 mərhələli Mono Tamaşalar Festivalının 1-ci mərhələsi 15-16 aprel tarixlərində Mingəçevir Dövlət Dram Teatrında baş tutub. Festival saat 11:00 - da teatrın giriş hissəsində Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın  teatrsevərləri təbriki ilə  start götürüb. Direktor, Mingeçevir Dövlət Dram Teatrı ilə sıx əməkdaşlıq etdiklərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılova, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədova, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramova, "EL " televiziyasının direktoru İqbal Məmmədəliyevə "TEATRIN DOSTU" mükafatını təqdim edib. Mükafatçılar da öz növbələrində teatra ən xoş arzularını çatdırıblar. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov teatr kollektivini təbrik edərək, Ella Yaqubovanı ( Xalq artisti ) , baş rejissor Vüsal Mehrəliyevi və Könül Ahəngarini Fəxri Fərmanla təltif edib.  Festivalın açılışında həmçinin, ölkə teatrlarının nümayəndələri də iştirak ediblər. Lənkaran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə Dövlət Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri, teatrşünas Anar Bürcəliyev, Xalq artzisti Valeh Kərimov, Azərbaycan Teatr Xadimləri İttifaqının Bölgə Teatrlarının İnkişafı şöbəsinin rəhbəri, teatrşünas Dağlar Yusif , Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı, quruluşçu rejissoru Emin Əsgərov da yubiley və açılış münasibətilə teatra təbriklərini çatdırıblar. Çıxışlardan sonra əvvəlcədən tərtib olunan və mətbuatda paylaşılan proqram əsasında mono tamaşaların nümayişləri olub.

Load Time (S) : 0.038461