21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin Teatr Forumunda iştirak etmək üçün gənc rejissorların tamaşalarına baxış keçirmək məqsədi ilə Azərbaycana səfər ediblər.
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakıya gələn Forumun Ekspert Şurasının üzvləri - Konfederasiyanın məsul katibi İrina Troitskaya, Rusiya Dövlət İncəsənət İnstitutunun böyük elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mariya Xalizeva və Risiya Dövlət İncəsənət İnstitutunun Teatr sektorunun elmi işçisi Mariya Lvova Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Kukla Teatrının qonağı olublar.
Azərbaycan Dövlət Kukla Teatrında rejissor Anar Məmmədovun quruluş verdiyi “Məlikməmməd” (Azərbaycan xalq nağılı), Teatr Xadimləri İttifaqında rejissor Ümüd Abbasın quruluş verdiyi “Mühacirlər” (S.Mrojek) tamaşalarına baxan qonaqlar baxışdan əvvəl İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb, hər iki sənət ocağının binasına qısa ekskurs edib, onların fəaliyyəti ilə tanış olublar.
Səmimi qarşılama və yaradılan şəraitə görə Azərbaycan Teatr Xadimləri İttifaqına və Dövlət Kukla Teatrına dərin minnətdarlıqlarını bildirən Ekspert Şurasının üzvləri qeyd ediblər ki, nəticələr nəzərdə tutulan bütün namizədlərin tamaşalarına baxış keçirildikdən sonra məlum olacaq.
Aida Qafarova
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...