Almaniyanın Berliner Ansambl teatrı ənənəvi fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə, teatrın saytında yerləşdirilən məlumatda Berliner Ansamblın bədii rəhbəri Oliver Reese bildirib. Onun məlumatına görə, uzun müddətli hazırlıqdan sonra, teatr nəhayət, martın 19-da “Berlin pilotu” adlı layihə ilə qapılarını tamaşaçıların üzünə açmağa hazır olacaq. Teatrın açılış günündə məşhur alman yazıçısı Benjamin von Stuckrad-Barrenin “Həyəcanlı ürək” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi planlaşdırılır. Senatın nəzarət etdiyi Mədəniyyət və Avropa Departamentinin, həmçinin digər yeddi qurumun əməkdaşlığı ilə planlaşdırılan bu layihədə, tamaşaçıların iştirakı ilə keçirilən tədbirlərin maddi-texniki tərəfləri araşdırılacaq. Layihənin əsas məqsədi, teatrın ənənəvi fəaliyyətinin uzunmüddətli olmasını təmin etmək və tamaşadan sonra baş verə biləcək hadisələrin bütün mümkün senarilərini obyektiv olaraq dəyərləndirməkdir.
“Nəhayət, gələn həftədən etibarən yenidən tamaşaçılar qarşısında canlı oynaya biləcəyimizə görə çox xoşbəxtəm! Bu, bizim beş ay ərzində ilk real performansımız olacaq! Əminəm ki, sosial məsafəyə riayət etmək və digər gigiyena qaydalarını gözləməklə həyata keçiriləcək bu layihə yaxın gələcəkdə teatrın fəaliyyətini ənənəvi qaydada davam etdirməsi yolunda böyük bir addıma çevriləcək. Düşünürəm ki, bu lahiyə sayəsində, mövcud hadisələrdən asılı olmayaraq, tamaşaçılarımızın yenidən teatra gəlişini bərpa edəcək və onların estetik zövqünü təmin edə biləcəyik. Lakin bizim üçün də aydındır ki, mədəniyyətin davamlı formada inkişafı üçün təhlükəsizlik tədbirlərinə riayət etməliyik. Ona görə də indiki məqamda, bizim üçün ən vacib məsələ, layihələrimizin sürətli şəkildə sınaqdan keçməsidir”, - deyə, Oliver Reese bildirib.
Tərcümə etdi: Cavanşir Qasımov
Oxşar yazılar
Cari repertuarını daha da zənginləşdirmək və uşaqlara klassik nağıl nümunələrini yeni səhnə tələblərinə uyğun təqdim etmək istəyən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti tamaşanın məşqləri gedir.Bu dəfə məşhur rus şairi Al...
(Xalq artisti Şəfiqə Məmmədovanın kino yaradıcılığı barədə gəzişmələr)
Bu yaxınlarda psixologiya mövzusunda qələmə alınmış "60 saniyəyə insanı tanımaq sənəti" adlı maraqlı kitabı vərəqləyəndə "Qaraca qız" filmindən bir kad...
Əməkdar artist Mansur Mansurov vəfat edib.Bu barədə APA-ya Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.O, M.Mansurovun aprelin 22-də axşam saatlarında uzun sürən xəstəlikdən vəfat etdiyini bildirib. M....
Teatr sənəti incəsənətin digər növləri ilə müqayisədə həmişə dövrə, sosial-iqtisadi, siyasi-ictimai proseslərə daha həssas olur. Dövr dəyişdikcə teatr sənətinin formaları, məzmunu, onun üzərinə düşən funksiya və tələblər...
Bəlkə də bu sətirləri, nə siz, nə də səbəbkarın özü oxumayacaqdı. Əgər, ya zəlzələdən, ya vəlvələdən 2003-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmasaydım.
Məryəm xanımın dili ilə desək, “xoşbaxt” va...
Misteriya–buff tamaşası, 1918-ci il
Misteriya–buff
Mövzusuna, estetikasına, bədii həllinə görə ilk inqilabi tamaşadır. Mayakovskinin bu pyesini o vaxtkı xalq komissarı maarifçi Anatoli Lunaçarsk...
İyun ayının 10-dan 16-a kimi Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”) Beynəlxalq tələbə tamaşaları festivalı keçirilib. Tatarıstan, Başqırdıstan, Qazaxstan, Maca...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbə elmi konfransı keçiriləcək. Ənənəvi olaraq, Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən III kurs tələbə-teatrşünasların iştirakı ilə hər il ke&cc...
Oktyabrın 29-da saat 19:00-da Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayə...
Bu günlərdə İsveç Krallığının Stokholm şəhərində Azərbaycan İsveç Dram Teatrı "Tumurcuq" 1 yaşını öz kollektivi ilə bərabər qeyd edib. Bu münasibətlə teatrın kollektivi ilə keçirilən görüşdə teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli bildirib ...