3 iyul 2024-cü il tarixində Çilinin Azərbaycandakı səfirliyi və CHARACTERS Müasir Dramaturgiya Festivalının təşkilatçılığı ilə Çili dramaturqu və rejissoru Pablo Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin oxunuşu həyata keçirilib.
“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan oxunuş CHARACTERS Müasir Dramaturgiya Festivalının Azərbaycanda müasir dramaturgiyanın populyarlaşdırılması və inkişafına yönəlmiş növbəti tədbiri oldu.
Pablo Manzinin 2015-ci ildə yazdığı pyesi Azərbaycan dilində təqdim olunmuşdu. Pyesinin ispan dilindən tərcüməsini İlahə Əkbər həyata keçirib, mətnin redaktoru şair və tərcüməçi Qismət Rüstəmovdur. Oxunuşun quruluş müəllifi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət YUĞ Teatrının rejissoru Tural Mustafayevdir. Oxunuşda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak etdilər: Fəxri Səfərov, İlahə Şahverənli, Nihad Aslan, Fərid İsmayılov və Nicat İsgəndərli.
“Barbarların yaşadığı yer” pyesi müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur. Oxunuşdan sonra yaradıcı heyətinin və tamaşaçıların iştirakı ilə müzakirə aparılıb. Müzakirədə teatrşünas və tənqidçi Aydın Talıbzadə, teatrşünas Vidadi Qafarov, YUĞ Teatrının baş rejissoru Mikayıl Mikayılov, CHARACTERS Festivalının kuratoru, dramaturq İsmayıl İman və Çilinin Azərbaycandakı diplomatik missiyasının rəhbəri Ciankarlo Alberti iştirak etdilər.
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...