Dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti aksiya ilə balacaları yenidən öz ətrafına toplayacaq.
Belə ki, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir.
Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında baş tutacaq müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.
Onu da qeyd edək ki, ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibi münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.
İlk üçlükdə yer alan nağıllar birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatr mövsümünün sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də baş tutacaq.
Müsabiqədə iştirak etmək istəyən balaca dostlarımıza nağıllarını info@kuklateatri.az ünvanına qısa tərcümeyi-hallarını əlaqə nömrələri də qeyd olunmaqla göndərməyi və evdə qalmaqla sağlamlıqlarını qorumağı tövsiyə edirik.
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...