“The Müqəssir”
Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə premyera ilə başlayıb. Belə ki, 17 sentyabr tarixində baş tutan tamaşa Mixail Bulqakov, Səbuhi İmanovun mətnləri və Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pye...
23 aprel tarixində "M. teatrı"nın səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin " Balaca şahzadə" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın permyerası keçirilib.
Səhnləşdirilməsi Vaqif İbrahimoğluna məxsus "bir hissəli fantaziya" janrında hazırlanmış tamaşanın rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzim, fotoqrafı Pəri Arifqızı, dizayneri Şəhriyar Maliklidir.
Əsər Saxara səhrasına düşən bir pilotun balaca şahzadə ilə qarşılaşması və onlar arasında keçən dialoqdan bəhs edir.
Tamaşada Cavid Baba, Məleykə Cəfərova , Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev adlı gənc aktyorlar çıxış edib.
Səhnə əsərinin xronometrajı 55 dəqiqədir.
Tamaşanın növbəti nümayişi 12 may tarixində baş tutacaq .