TEATRO

TEATRO

sənət portalı

post-title

Bakı Uşaq və Gənclər Teatrında “Qarınqulu ayı”

Bakı Uşaq və Gənclər Teatrında Vüqar Haqverdiyevin eyni adlı əsəri əsasında hazırlanmış “Qarınqulu ayı” adlı tamaşanın premyerası oynanılıb. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, 4-9 yaşlı uşaqlar üçün nəzərdə tutulan tamaşanın premyerası fevralın 19-u saat 12:00-da Q.Abbasov adına mədəniyyət sarayında (Qaraçuxur qəsəbəsi, K.İsmayılov 18) baş tutub.

Teatrın direktoru-bədii rəhbəri, respublikanın Əməkdar artisti İntiqam Soltanın quruluş verdiyi tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Yusif Rüstəmovdur. Tamaşada rolları Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova, Türkan Şahmarlı, Gülnar Əlizadə, Aytən Səfərova, Niyaz Novruzov, Röyal Allahverdiyev, Toğrul İsabəyli, Emin Balayev və Orxan Məmmədov ifadirlər.

 

Load Time (S) : 0.038568