TEATRO

TEATRO

sənət portalı

post-title

Bakı teatrlarında “Cəfər Cabbarlı həftəsi” keçiriləcək

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirıər həyata keçirilib və həmin tədbirlər bu gün də davam etməkdədir. "Cəfər Cabbarlı həftəsi” münasibəti ilə Mədəniyyət Nazirliyinin çap etdirdiyi bukletdə Cəfər Cabbarlı fenomeni müxtəlif aspektlərdən araşdırılır. Bukletdə yazılıb ki, zəngin bədii təxəyyülə, çoxyönlü yaradıcılığa malik Cəfər Cabbarlı haqqında illərdir ki, müxtəlif səviyyəli tədqiqat işləri aparılır, həm filoloji, həm kulturoloji, həm də teatrşünaslıq müstəvilərində çoxlu sayda elmi dəyərə malik əsərlər yazılır. C.Cabbarlı 1915-1934-cü illər arasında milli әdəbiyyаt vә incәsənətin müxtəlif prоblеmlərinə аid, еlәcә dә tеаtrlarımızın аyrı-аyrı tаmаşаlаrı, аktyоrlаrı һаqqındа tutаrlı, әһәmiyyәtli mәqаlә vә resenziyalаrla yanaşı, 20 pyes yаzmışdır. Məlumdur ki, 1923-cü ildә Azərbaycandа Tеаtr Tехnikumu аçılmışdı. 24 yаşlı C.Cаbbаrlı tеаtr tехnikumunа dахil оlаn ilk təlәbәlәrdәn idi. Əlаmətdаr cәһәt odur, texnikumda təhsilə başladığı zaman o, “Vəfаlı Sәriyyә”, “Sоlğun çiçәklәr”, “Nәsrәddin şаһ”, “Ulduz vә yа Trаblis müһаribәsi”, “Әdirnә fәtһi”, “Bаkı müһаribәsi”, “Оqtаy Еlоğlu”, “Аydın” kimi pyeslәrin, һаbеlә bir sırа sаtirik şеirlərin müәllifi kimi tаnınırdı. Еlә һәmin vахtlаrdаn C.Cаbbаrlı tеаtr tәnqidi ilә məşğul оlmаğа bаşlаmışdı. “O оlmаsın, bu оlsun”, “Әbülülа”, “Hicrаnlаr”, “Ахşаm səbri хеyir оlаr”, “Pәri cаdu”, “Dаğılаn tifаq”, “Оtеllо”, “Şеyх Sənаn”, “İblis”, “Ölülər” vә s. tаmаşаlаr һаqqındа; “Türk tеаtr mәktәbi”, “Türk tеаtrı оlimpiаdаda”, “Türk Bәdаyе Tеаtrı yеni yоl ilә”, “Bu il dönüş ili оlmаlıdır”, “Yеni mövsümün vəzifələri һаqqındа”, “Bizdә tеаtr”, “Səhnəyә qаdın”, “Kənd səhnəlәrinә kömәk еdilmәlidir”, еlәcә dә “Sәmimi sənətkаrа аlqış”, “V.А.Uqryumi” аdlı mәqаlә vә resenziyalаrı o dövr tеаtrşünаslığımızda müһüm yеr tutur. Sәləflәri Әbdürrәһim bәy Haqverdiyev, Nәrimаn Nəri¬mаnоv, Sultаnmәcid Qәnizаdә kimi C.Cаbbаrlı dа sənəti vә әdәbiyyаtı оbyеktiv vаrlığın, rеаl gеrçəkliyin bәdii inikаsı, оbrаzlı tәfəkkür kimi qavrayır vә realist prinsiplәri əsas tuturdu. Yüksәk sаvаdı, intеllеktuаl sәviyyəsi, sənəti dәrindәn dәrk еtmәsi, һәyаt һаdisəlәrinә, insаnlаrа оbyеktiv vә yаrаdıcı münаsibəti onun həm bәdii yаrаdıcılığınа, həm də tеаtrşünаslıq fәаliyyәtinә sәmәrәli təsir göstәrmişdir. C.Cabbarlının baş qəhrəmanları yüksək ideyalarla yaşayan inqilabi-romantik ruhlu obrazlardır. Onlar bütün həyatlarını Cabbarlının özü kimi, sosial ədalət, azad, xoşbəxt insan, cəmiyyət uğrunda mübarizəyə həsr edirlər. C.Cabbarlı bu obrazlarla bizə həm də milli ədəbiyyatımız, teatr və dramaturgiyamız üçün yeni olan xarakterlər, qəhrəmanlar qalereyası bəxş edir. Lakin Cəfər Cabbarlı fenomenini şərtləndirən təkcə onun əsərlərinin yüksək ideya-məzmunu və bu ideyaların daşıyıcısı olan qəhrəmanlar deyil. Dramaturqun sənətkar qüdrətini şərtləndirən keyfiyyət həmin qəhrəmanların canlı boyalarla təsviri və onların ölməz ideyalarının yüksək bədii həllini tapmasıdır. O, bütün bunları kəskin dramatik konfliktlər qurmaq, xarakterləri hadisələrlə paralel şəkildə inkişaf etdirə bilmək bacarığı ilə həll edir. C.Cabbarlı bu gün ona görə son dərəcə aktualdır ki, səthi məsələləri deyil, alt qatlardakı qanunauyğunluqları, hadisələri, mahiyyətlər arasındakı münasibətləri qələmə almışdır. C.Cabbarlını Azərbaycan teatrının fenomeninə çevirən də elə bunlardır. Məhz bunun nəticəsidir ki, dramaturqun pyesləri yaradıcılığının ilk illərindən bu günədək səhnədən düşmür. Böyük dramaturqun pyeslərinin təkcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuş tamaşalarının sayı C.Cabbarlı dramaturgiyasının Azərbaycan teatrı üçün əhəmiyyətini bariz şəkildə göstərir. Belə ki, 1919-cu ildən bu günədək, yəni 100 il ərzində yalnız Milli Dram Teatrının səhnəsində Cabbarlının qələmindən çıxan “Aydın” əsəri 8, “Oqtay Eloğlu” 7, “Od gəlini” 7, “Sevil” 6, “Almaz” 6, “1905-ci ildə” 6, “Trablis müharibəsi” 4, “Dönüş” 2, “Yaşar” 2, “Solğun çiçəklər” 2, “Ədirnə fəthi” 2, “Bakı müharibəsi” 1 dəfə yeni quruluşlarda tamaşaya qoyulub. Başqa sözlə, 100 il ərzində təkcə Milli teatrın səhnəsində dramaturqun pyeslərinin 53 premyerası olub. Bu rəqəmlərin sırasına böyük sənətkarın əsərləri əsasında ölkəmizin digər teatrlarında, həmçinin xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında hazırlanmış tamaşaların sayını da əlavə etsək, bu, yüzlərlə premyera deməkdir. Bu əsərlərdə onlarla rejissor, aktyor, rəssam, bəstəkar yetişib, zənginləşib, sənətin sirlərinə yiyələnib, şöhrət qazanıb. Bu mənada, C.Cabbarlının Azərbaycan teatrı və dramaturgiyasının inkişafında oynadığı rolu yalnız milli dramaturgiyamızın banisi M.F.Axundzadə ilə müqayisə etmək olar.

"Cəfər Cabbarlı həftəsi" Azərbaycan Respublikasının Prezidenti "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından irəli gələn tədbirlərin davamı və bir növ, yekunu kimi qəbul oluna bilər. Belə ki, cari il ərzində Prezident Sərəncamının icrası məqsədi ilə dövlət sifarişi üsulu ilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları hazırlanıb. Həmin tamaşaların 22-30 noyabr tarixlərində keçiriləcək "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulub.

Cəfər Cabbarlı tamaşaları həftəsinə Şuşa Dövlət Musiqili Teatrı başlayacaq. Şuşa Teatrı noyabrın 22-də görkəmli dramaturqun "Solğun çiçəklər" əsəri əsasında hazırlanmış tamaşanı nümayiş edəcək. Əsərə Lalə Şirinova quruluş verib.

Noyabrın 23-24-də isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Aydın" tamaşasının premyerası olacaq. Xalq artisti İranə Tağızadənin quruluş verdiyi tamaşa “Sevgiyə görə bağışla” (“Prosti za lyubov”) adı ilə təqdim ediləcək. 

C.Cabbarlının ən az müraciət olunan əsərlərindən biri - "Dönüş" pyesi Gəncə Dövlət Dram Teatrının baş rejissoru tərəfindən tamaşaya qoyulub. Tamaşa noyabrın 25-də Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq.

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində Sumqayıt Dövlət Dram Teatrı "Solğun çiçəklər" pyesini nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır.

Noyabrın 27-də Akademik Rus Dram Teatrının səhnəsində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Xalq artisti, Sumqayıt Teatrının Baş rejissoru Firudin Məhərrəmovun quruşunda hazırlanmış “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim edəcək.

Növbəti gün yenidən həmin səhnədə S.Rəhman adına Şəki Dövlət Dram Teatrı "Sevil" tamaşasını oynayacaq. Tamaşanın rejissoru Orxan Həmidlidir.

Noyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşa ilə Cabbarlı sevərləri sevindirəcək. Belə ki, uzun müddətdir məşqləri davam edən "Oqtay Eloğlu" pyesinin premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovdur.

"Cəfər Cabbarlı həftəsi" Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının premyerası ilə başa çatacaq. Belə ki, noyabrın 30-da Milli Dram Teatrında uzun zamandır Azərbaycan səhnəsində tamaşaya qoyulmayan "Yaşar" pyesinin premyerası baş tutacaq. Tamaşaya teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov quruluş verib. 

Load Time (S) : 0.006165