TEATRO

TEATRO

sənət portalı

post-title

Bakı Bələdiyyə Teatrında bir həftədə iki premyera baş tutacaq

Aprelin 1-də Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası keçiriləcək.

Yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasında insanoğlunun həqiqətə tapınmasını, öz-özünə hesabat verməsini, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasını diqqətə çəkilib.

İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib. Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir...

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illüziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər. 

“Sehrbaz” tamaşası 1 aprel 2022-ci il tarixində saat 19.00-da nümayiş olunacaq.

30 mart-3 aprel 1918-ci il tarixində Bakı şəhərində, eyni zamanda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan tamaşa rejissor  Bəhruz Vaqifoğlunun "Sən qayıdacaqsan" adlı pyesi əsasında hazırlanıb.

Qeyd edək ki, tamaşanın qəhrəmanlarının adları ümumiləşdirilib və onların hər biri müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir.

Əsərin sonunda qəhrəmanlar yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb.

Əsərin müəllifi və quruluşçu rejissoru Vaqif Bəhruzoğlu, ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur.

Tamaşada Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova iştirak edir.

“Sən qayıdacaqsan” tamaşası 31 mart 2022-ci il tarixində saat 18.00-da nümayiş olunacaq

Load Time (S) : 0.050431