21-27 sentyabr tarixlərində Tbilisi Beynəlxalq Festivalının Georgian Showcase proqramı baş tutub.
Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün regionun ən nüfuzlu festivalları hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.
Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfə alır. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, “Teatrşünaslıq” kafedrasının dosenti Elçin Cəfərov, ADMİU-nun müəllimləri Emin Əliyev, Könül Cəfərova, Akademik Musiqili Teatrın əməkdaşı Razimə İsmayılova, “Ritual Mobil Teatr laboratoriyası”nın təsisçisi və direktoru Aynur Zərrintac, ADMİU Sabah qruplarının tələbəsi Səbinə Qasımova təmsil edib.
Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, İngiltərə, Çin, Hindistan, Yaponiya, Almaniya, Pakistan, Polşa, Ukrayna, Türkiyə, İspaniya, Çex Respublikası, Kanada, İtaliya, Monteneqro, Yunanıstan, Estoniya, İsveç, BƏƏ, Fransa, Pakistan, Bolqarıstandan və digər ölkələrdən dəvət olunmuş teatr mütəxəssisləri iştirak edib.
Showcase ərzində qonaqlar K.Marcanişvili adına Akademik Dövlət Dram teatrı, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram teatrı, Rezo Qabriadze Teatrı, Kral məhəlləsindəki teatr, İlia Dövlət Universitetinin “İluanu” teatrı, Hərəkət teatrı, L.Mesxişvili Kutaisi Peşəkar Dram teatrı, Rustavi Dövlət Dram teatrı, Atonelidəki teatr, Şəhər teatrı, Gürcüstan Regional Teatrlar şəbəkəsi, Haraki teatr kompaniyası, Poti Valerian Gunia Peşəkar teatrı, Factory 42 teatrı və digər teatrların ən uğurlu tamaşalarını izləmək imkanı əldə ediblər.
Gürcü dilində nümayiş olunan tamaşalar ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib.
Azərbaycanlı təmsilçilər art-menecment üzrə mütəxəssis və təlimçi, NFA Beynəlxalq İncəsənət və Mədəniyyət təşkilatının direktoru Roger McCannın “Working in partnership” (“Tərəfdaşlıqda işləmək”) adlı master-klassında iştirak ediblər.
Festival çərçivəsində ADMİU-nun dosenti Elçin Cəfərov Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film Universitetinin rektoru Giorgi Şalutaşvili ilə görüşüb.
Universitetin kansleri Giorgi Xarebava və professor Laşa Çxartişvilinin iştirakı ilə keçirilən işgüzar görüşdə iki universitet arasında gələcək əməkdaşlıq perspektivləri və müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...